xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 10:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 10:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 10:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Putin niyə hərbi geyimdə göründü: Kreml Trampa və Zelinskiyə hansı mesajı verdi?

27-10-2025, 10:51 9 dəfə baxılıb



Rusiya Prezidenti Vladimir Putin 26 oktyabr 2025-ci ildə Donbas istiqamətindəki birləşmiş qoşun qruplaşmasının komanda məntəqələrindən birinə səfəri zamanı hərbi formada videogörüntülərdə peyda olub. Bu görüntülər Rusiya dövlət mətbuatı və Kremlin təbliğat kanalları tərəfindən geniş şəkildə tirajlanıb.

Kremlə yaxın tanınmış təbliğatçı Vladimir Solovyov öz Telegram kanalında yazıb ki, prezidentin hərbi formada çıxışı “Rusiya ordusunun Donbasda təşəbbüsü ələ keçirdiyinin” göstəricisidir və “təcili atəşkəsə ehtiyac olmadığı” mesajını ABŞ prezidenti Donald Trampa ünvanlayır.

Solovyov iddia edir ki, Rusiya ordusu Donbas cəbhəsində sürətlə irəliləyir, Ukrayna ordusu isə hələlik bölgənin təxminən 20 faizini nəzarətdə saxlayır. Onun sözlərinə görə, bu görüntü “Ukrayna üçün psixoloji təzyiq və Qərbə siqnaldır”.

Görüş zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov cəbhə xəttindəki vəziyyətlə bağlı Putinə məruzə edib. Kremlin yaydığı məlumatda deyilir ki, Putin ukraynalı hərbçiləri “silahı yerə qoymağa” çağırıb, rus hərbçilərinə isə “mülki şəxslərə yardım göstərilməsi” barədə göstəriş verib.

Qeyd edək ki, bu mesajlar Rusiya informasiya məkanında geniş şəkildə “qələbə yaxınlaşır” ritorikası ilə müşayiət olunur. Lakin Ukrayna tərəfi və Qərb hərbi analitikləri Rusiya ordusunun irəliləyişinin lokal xarakter daşıdığını və cəbhədə vəziyyətin hələ də qeyri-sabit olduğunu bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi