xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Rusiya müdafiə sənayesində şok: İstehsal kəskin azalıb

25-10-2025, 09:11 5 dəfə baxılıb

Rusiya müdafiə sənayesində şok: İstehsal kəskin azalıb


Son 3 ildə trilyonlarla rubl büdcə vəsaiti yönəldilən və Rusiya iqtisadiyyatını dəstəkləyən hərbi-sənaye kompleksində ciddi azalma qeydə alınıb.

Rosstat-ın məlumatına istinadən xəbər verir ki, Ukraynada işğalçı müharibənin başlanğıcından bəri ilk dəfə olaraq əsas hərbi-sənaye sektorlarında böyümə dayanıb, bəzilərində isə azalma ilə əvəz olunub.

Belə ki, müdafiə sənayesinin əsas seqmentlərindən biri olan metal məhsullarının istehsalı sentyabr ayında gözlənilmədən illik müqayisədə 1,6 faiz azalıb, halbuki əvvəllər 20-30 faiz sabit şəkildə böyüyürdü.

Tankların, piyada döyüş maşınlarının və digər avadanlıqların ("digər nəqliyyat vasitələri") istehsalı avqust ayında 61 faizlik artımdan sentyabrda 6 faizə düşüb və avqust ayı ilə müqayisədə 20 faiz azalıb.

Dövlət müqavilələrinə əsaslanan maşınqayırma sənayesi avqust ayında 15,7 faizlik artımdan sonra sentyabrda 0,1 faiz azalıb.

Analitiklər hesab edirlər ki, müdafiə sənayesi artıq iqtisadiyyatı dəstəkləmir və büdcə kəsiri ilə üzləşir. Bu, artıq bütün sənayeyə təsir göstərir, çünki ümumi istehsal indeksi əvvəlki aya nisbətən səkkiz dəfə az olmaqla cəmi 0,4 faiz artıb.

İqtisadçılar xəbərdarlıq edirlər ki, büdcə kiçilməyə davam edərsə, sənaye və Rusiya iqtisadiyyatında artım daha da yavaşlamağa başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi