xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ağ Evdən zəmanət: Bu halda müharibə 60-90 günə bitəcək

16-09-2025, 11:09 3 dəfə baxılıb

Ağ Evdən zəmanət: Bu halda müharibə 60-90 günə bitəcək


Avropa Rusiya neftindən əldə olunan gəlirləri azaltmaq üçün üzərinə düşəni etsə, Ukraynada müharibə 2-3 aya bitəcək və buna zəmanət veririk.

Bunu ABŞ-ın maliyyə naziri Skot Bessent “Bloomberg”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa ölkələri Rusiyanın neft gəlirlərinin azaldılmasında və müharibənin dayandırılmasında daha fəal rol oynamalıdır.

Amerikalı nazir vurğulayıb ki, Avropa ölkələri Çin və Hindistana yüksək rüsumlar tətbiq etmədikcə, Tramp administrasiyası Çinin Rusiya neftini almasını dayandırmaq üçün Çin mallarına əlavə rüsumlar tətbiq etməyəcək:
“Biz avropalıların töhfə verəcəyini gözləyirik və avropalılar olmadan irəliləməyəcəyik”.

Bessent xatırladıb ki, Tramp Rusiyanı əsas gəlir mənbəyi olan neftdən məhrum etmək üçün Avropa ölkələrini Çin və Hindistana 50-100% arası tariflər tətbiq etməyə çağırıb. O, bəzi Avropa ölkələrinin Rusiya neftini almasını, digərlərinin isə Hindistanda Rusiya neftindən emal olunan məhsulları almasını tənqid edərək, bunun münaqişənin maliyyələşdirilməsinə kömək etdiyini bildirib.

“Mən sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına əhəmiyyətli ikinci dərəcəli rüsumlar tətbiq etsə, müharibə 60 və ya 90 günə bitəcək”, – deyə Bessent qeyd edib.

O həmçinin bildirib ki, ABŞ Rusiya şirkətlərinə, o cümlədən “Rosneft” və “Lukoil”ə qarşı daha sərt sanksiyaları nəzərdən keçirmək və Moskvanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra dondurulmuş suveren aktivlərindən daha geniş istifadəyə hazırlaşmaq üçün Avropa ölkələri ilə əməkdaşlığa hazırdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi