xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Maduro Trampı hədələdi: "Cəsarət edə bilməz!"

26-08-2025, 11:49 3 dəfə baxılıb

Maduro Trampı hədələdi: "Cəsarət edə bilməz!"


Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin Venesuela yaxınlığında Karib dənizinə 3 döyüş gəmisi göndərmə qərarınə sərt reaksiya verərək bəyan edib ki, heç kim Venesuela ərazisinə toxunmağa cəsarət etməməlidir.

ABŞ-nin narkotiklərlə mübarizə siyasətini tənqid edən Maduronun sözlərinə görə, Ağ Ev narkotiklərə qarşı müharibə elan edibsə, bunu Kolumbiya və Mərkəzi Amerikada bütün narkotik qaçaqmalçılığını idarə edən mafiyalara qarşı öz torpağında açmalıdır.

“Onlar narkotik ticarətini idarə edən mafiyaların kimlər olduğunu çox yaxşı bilirlər”, - Maduro bəyan edib.

Madura əlavə edib ki, ABŞ zamanında terror bəhanəsi ilə Əfqanıstan, İraq və Liviyaya müdaxilə etdi: “İndi bizi narkotik qaçaqmalçılığında günahlandırırlar. Onlara deyirəm ki, Venesuela əraziləri təmizdir və narkotik qaçqamalçılığı ilə heç bir əlaqəsi yoxdur”.

Maduro onu da bildirib ki, ABŞ Karib dənizində hərbi qüvvələr yerləşdirməkdədir, halbuki narkotiklərin əksəriyyəti Sakit Okean vasitəsilə daşınır.

O, sonda bəyan edib ki, bəziləri təhlükənin Venesuelaya yönəldiyini düşünə bilər: “Təhlükə hamımıza yönəlib. Biri təhdid edilirsə, hamı üçün təhlükədir. Birinə toxunsalar, hamıya toxunarlar. Biz haqlıyıq və ideallarımızı müdafiə edirik. Bu gün biz müstəqillik əldə etdikdən sonra ən güclü hərbi gücə sahibik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi