xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Pezeşkian Netanyahuya cavab verdi, amma adını çəkmədi: “Qəzzanı susuz qoyan rejim İrana su gətirə bilməz”

14-08-2025, 14:22 5 dəfə baxılıb



İran prezidenti Məsud Pezeşkian İsrail Baş naziri Benyamin Netanyahunun İran xalqına ünvanladığı müraciətə sərt cavab verib.

Netanyahu dünən videomüraciət yayaraq iranlılara səslənib.

O, “iranlılar, siz tək deyilsiniz: bütün İsrail sizinləyəm, bütün dünya sizinlədir” deyərək İsrailin böyük su təchizatçısı olduğunu vurğulayıb və İrana su ilə yardım etməyə hazır olduğunu bildirib. Bunun müqabilində Netanyahu iranlıların küçələrə çıxaraq hakimiyyətin yaratdığı zülmə, yoxsulluğa və İsraillə müharibəyə etiraz etmələrini tələb edib. O, açıq şəkildə İran xalqını mövcud hakimiyyətə qarşı üsyana səsləyib.

Bu çıxış 12 günlük müharibədən sonra edilib və beynəlxalq müşahidəçilər tərəfindən həm təxribatçı, həm də real vəziyyətdən uzaq çağırış kimi qiymətləndirilib.

İran prezidenti Məsud Pezeşkian isə cavabında Netanyahunun adını çəkməsə də, açıq şəkildə onun müraciətinə işarə edərək bildirib:

“Qəzza xalqını su və ərzaqdan məhrum edən bir rejim, İrana su gətirəcəyini iddia edir? Bu bir serabdır (ilğım), bundan başqa heç nə deyil”.

Dövlət başçısı əlavə edib ki, aldadıcı görünüşlü şəxslər guya İran xalqına şəfqət göstərirlermiş kimi saxta iddialar irəli sürürlər. Pezeşkiyanın sözlərinə görə, əvvəlcə Qəzzədəki çətin vəziyyətə, xüsusilə aclıq, təmiz su və dərman çatışmazlığı yaşayan müdafiəsiz insanlara, uşaqlara diqqət yetirilməlidir. O bildirib ki, bütün bunlar qəddar bir rejim tərəfindən tətbiq olunan blokadadan qaynaqlanır.

Pezeşkianın “serab” ifadəsi səhra və isti bölgələrdə uzaqdan su kimi görünən, amma yaxınlaşdıqda yox olan optik illüziya (ilğım) mənasını daşıyır. Prezidentin cavabında bu məna İsrailin vədlərinin boş və aldatmaya yönəlmiş olduğunu ifadə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi