xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

Orban: "Ukrayna müharibədə uduzub"

13-08-2025, 09:46 4 dəfə baxılıb

Orban: "Ukrayna müharibədə uduzub"


"Ukrayna özü Avropada qüvvələr balansını pozmaqla varlığını təhlükə altına atıb, müharibəni Rusiyaya uduzub. İndi onun gələcəyini başqa dövlətlər həll edəcək".

"Bu fikirləri "Patriota" "YouTube" kanalında çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Ukrayna uduzdu, Rusiya bu müharibədə qalib gəldi. Yeganə sual budur ki, ukraynalıların arxasında dayanan Qərb fiqurları nə vaxt və hansı şəraitdə bunun baş verdiyini etiraf edəcəklər və bütün bunlardan nə çıxacaq", - hökumət başçısı bildirib.

Baş nazir xatırladıb ki, müəyyən məqama qədər Ukrayna mahiyyətcə Rusiya ilə Qərb arasında bufer rolunu oynayıb, lakin sonra NATO və Avropa İttifaqına daxil olmaq niyyətini bəyan edib və bununla da Avropada qüvvələr balansını pozub. Orban qeyd edib ki, Rusiya bunu öz milli təhlükəsizliyinə təhdid kimi görüb.

"Ukrayna hələ ona görə təslim olmayıb ki, avropalılar onu silah və pulla təmin edirlər. "Əgər bu olmasaydı, müharibə çoxdan bitəcəkdi", - baş nazir bildirib.

O vurğulayıb ki, hər şeyə rəğmən Aİ hələ də Ukraynaya hərbi dəstək verməyə hazırdır.

"Bir çox Avropa liderləri inanır ki, ukraynalılar israr etsələr, yekunda Moskvada rejim dəyişikliyinə nail ola biləcəklər. Mən bunu illüziya hesab edirəm", - Orban deyib.

O əmindir ki, Avropa İttifaqı münaqişəni davam etdirmək əvəzinə, ABŞ kimi Rusiya ilə dialoqu bərpa etməlidir. Baş nazirin sözlərinə görə, hazırda Ukrayna nizamlanması üzrə Rusiya Federasiyası və ABŞ tərəfindən aparılan danışıqların kənarında qalmalarına görə avropalıların özləri günahkardırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi