xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Ukrayna işğal olunmuş əraziləri verməyə hazırdır - The Telegraph

12-08-2025, 13:52 1 dəfə baxılıb

Ukrayna işğal olunmuş əraziləri verməyə hazırdır - The Telegraph


Kiyev Rusiyanın Luqansk, Donetsk, Zaporojya, Xerson vilayətləri və Krımda artıq işğal olunmuş ərazilər üzərində nəzarətinin faktiki olaraq tanınması ilə hərbi əməliyyatların dayandırılması variantını nəzərdən keçirməyə hazırdır.

“The Telegraph” xəbər verir ki, Trampla Putin arasında Alyaskada keçiriləcək görüş ərəfəsində diplomatik dairələr Ukrayna prezidenti Zelenskinin mövqeyinin yumşaldılmasını müzakirə edirlər.

Nəşrin yazdığına görə, bəzi Avropa paytaxtlarının dəstəklədiyi bu ssenari cəbhə xəttinin dondurulmasını, Ukraynaya silah tədarükü və NATO-ya daxil olmaq perspektivi də daxil olmaqla, təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutur. Zelenski isə bəyan edir ki, heç bir sazişə əlavə ərazi güzəştləri daxil edilməməlidir.

Emmanuel Makron, Donald Tusk və Fredrix Merz də daxil olmaqla, Avropa liderləri beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qəbuledilməz olduğunu və Putinlə danışıqlardan əvvəl iddialarını bildirmək üçün çərşənbə günü Trampla görüşməyi planlaşdırdıqlarını bildiriblər.

Trampın özü bildirib ki, sammitdə Ukrayna torpaqlarının qismən qaytarılmasına nail olmağa çalışacaq. Bununla belə, o, hər hansı ərazi dəyişikliyinin konstitusiya tərəfindən təsdiqlənməsinin zəruriliyi ilə bağlı Kiyevin mövqeyini tənqid edib.

NATO isə vurğulayır ki, ərazilərin faktiki işğalı hüquqi cəhətdən tanınmaz. Ukrayna hakimiyyəti xatırladır ki, Rusiya qoşun yeritməyə və yeni hücumlara hazırlaşmağa davam edir, ona görə də Kremlin müharibəni bitirməyə hazır olması barədə danışmaq tezdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi