xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Hindistan Ərdoğana qarşı Ermənistan kartını açır: Yeni Dehlidə “soyqırımı” tanımaq planı

8-07-2025, 15:30 4 dəfə baxılıb



The Week jurnalının yazdığına görə, Hindistan ilə Ermənistan arasındakı münasibətlər son vaxtlar sürətlə dərinləşir. Elə bu fonunda da Hindistanda Osmanlı imperiyası dövründə — Birinci Dünya Müharibəsi zamanı baş verdiyi iddia edilən erməni “soyqırımı”nı tanımağa çağırışlar səslənir.

Məqalədə qeyd olunur ki, Yeni Dehli Qərbi Asiyada Yunanıstan, Kipr və Ermənistan kimi ölkələrlə əlaqələrini genişləndirərək öz təsir dairəsini böyütməyə çalışır. Xüsusilə diqqət çəkən məqam budur ki, bu dövlətlərin hər biri Türkiyə ilə gərgin münasibətlərə malikdir. Analitiklər bildirirlər ki, Hindistan bu cür ittifaqlar vasitəsilə prezident Rəcəb Tayyib Ərdoğanın bölgədəki siyasi-ideoloji təsirinə əngəl olmaq istəyir.

The Week həmçinin yazır ki, Ermənistan son illərdə, xüsusilə də Qarabağ müharibəsində Türkiyənin Azərbaycana güclü dəstək verməsindən sonra Hindistandan müdafiə sahəsində ciddi yardımlar almağa başlayıb. Bu da iki ölkə arasında hərbi-siyasi tərəfdaşlığı daha da gücləndirib.

Məlumata görə, yaxın vaxtlarda Hindistan parlamentində erməni diasporunun təşviqi ilə qondarma “soyqırım”ın tanınması məsələsi müzakirəyə çıxarıla bilər. Əgər bu baş verərsə, Yeni Dehlinin Ankaraya qarşı açıq siyasi mesajı kimi dəyərləndiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi