xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

"Aİ ABŞ ilə ticarət razılaşmasına hazırdır, lakin..."

4-07-2025, 09:00 2 dəfə baxılıb

"Aİ ABŞ ilə ticarət razılaşmasına hazırdır, lakin..."


Avropa İttifaqı (Aİ) ABŞ ilə ticarət sazişi bağlamağa hazırdır. Hazırda Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik komissarı Maroş Şefçoviç Vaşinqtonda məsələni müzakirə edir. Məqsəd britaniyalılara bənzər prinsipial razılaşma əldə etməkdir, detalları sonra aydınlaşdırmaq lazımdır.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Orxusda növbəti altı ay ərzində Aİ-də sədrlik edəcək Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında deyib.

"Bildiyiniz kimi, ABŞ ilə danışıqlar davam edir. Komissar Şefçoviç bu gün Vaşinqtondadır. Demək istəyirəm ki, biz razılaşmaya hazırıq. Biz danışıqlar yolu ilə problemin həllini tapmaq istəyirik", - AK rəhbəri bildirib.

O eyni zamanda qeyd edib ki, Aİ razılığın əldə olunmaması vəziyyətinə də hazırdır: "Başqa sözlə, bütün alətlər istifadəyə hazırdır".

Ursula fon der Leyen vurğulayıb ki, ABŞ ilə razılaşma Aİ üçün çox vacibdir, söhbət 1,5 trilyon avroluq ticarət dövriyyəsindən gedir.

Onun sözlərinə görə, Avropa digər tərəfdaşlarla müzakirələri davam etdirir:

"Ona görə də biz bu prezidentlik dövründə MERKOSUR (Cənubi Amerika Ümumi Bazarı, Argentina, Braziliya, Paraqvay və Uruqvayın iştirak etdiyi iqtisadi və siyasi birlik), Meksika və ümid edirəm ki, ilin sonuna qədər Hindistanla müqavilələrimizin nəticələrini görərik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi