xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

Mask Trampı dəstəklədiyinə peşmandır: "Biabırçılıqdır, daha dözə bilmirəm"

4-06-2025, 13:30 6 dəfə baxılıb

Mask Trampı dəstəklədiyinə peşmandır: "Biabırçılıqdır, daha dözə bilmirəm"


Milyarder iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampın vergi və xərc qanun layihəsini sərt sözlərlə tənqid edib.

Xarici KİV xəbər verir ki, bu barədə milyarder “X” sosial media platformasında yazıb:

“Üzr istəyirəm, amma daha dözə bilmirəm. Bu kütləvi, ağlasığmaz, talançı Konqres xərcləri haqqında qanun layihəsi iyrənc biabırçılıqdır. Buna səs verənlərə ayıb olsun: səhv etdiyinizi bilirsiniz. Bu qanun layihəsi onsuz da böyük olan büdcə kəsirini 2,5 trilyon dollara (!!) çatdıracaq və Amerika xalqını dözülməz borc yükü ilə yükləyəcək”.

Maskın mövqeyi Trampa qarşı çıxmağa başlayan bəzi fiskal mühafizəkar respublikaçı senatorları cəsarətləndirə bilər. Bu senatorlar Konqresdə “bir böyük, gözəl qanun layihəsi” adlandırılan məsələ ilə bağlı tənqidi danışıqları davam etdirirlər.

Qeyd edək ki, keçənilki seçki kampaniyası zamanı Trampa əhəmiyyətli ianələr verən Mask keçən həftə Ağ Evdəki postunu tərk edib. Mask fırıldaqçılıq və israfçılığı azaltmaq üçün yaradılmış “hökumətin səmərəliliyi departamentinin” (Doge) rəhbəri idi.
Milyarder Respublikaçı qanun layihəsinin “Doge”nin səylərini baltalayacağını və ABŞ-ı daha da borca salacağını deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi