xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Arvadı Makronu şillələdi - Video

26-05-2025, 14:36 6 dəfə baxılıb

Arvadı Makronu şillələdi - Video


Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama səfəri zamanı qəribə hadisə yaşanıb.

“Qafqazinfo” Fransa mediasına istinadən xəbər verir ki, Hanoi Hava Limanına çatdıqda Makronun təyyarədən enməsi üçün hazırlıqlara başlanılıb.

Bu zaman təyyarənin qapısı açıldıqda həyat yoldaşının Makronun üzünə iki əli ilə vurduğu görünüb. Hadisənin görüntüləri isə “Associated Press” agentliyinin kamerasına tuş gəlib.

Videodan E.Makronun çaşqınlıq içərisində qaldığını, daha sonra isə özünü ələ alaraq ətrafdakıları salamladığını görmək mümkündür.

Bununla yanaşı, cütlük təyyarədən endikdə Makron qolunu həyat yoldaşına doğru uzatsa da, o buna məhəl qoymayıb.

Yelisey Sarayı ilk olaraq görüntülərin doğruluğunu təkzib etsə də, daha sonradan hadisənin elə bir ciddi məna kəsb etmədiyini açıqlayıb.

Cütlüyün sözügedən görüntüləri isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xəbəri rus dilində oxuyun: Суд оправдал экс-канцлера Австрии Курца

Həmin görüntüləri təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi