xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

İsrail Qəzzada döyüşləri gücləndirəcək

25-04-2025, 09:32 4 dəfə baxılıb

İsrail Qəzzada döyüşləri gücləndirəcək


Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, İsrail ordusu əməliyyatların əhatə dairəsini genişləndirəcək.

Bunu İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzzada keçirilən əməliyyat iclasının yekunları ilə bağlı danışarkən deyib.

“Biz təzyiqimizi davam etdirəcəyik və lazım gəldikdə, HƏMAS-a nəzarətimizi gücləndirəcəyik. Girovların qaytarılmasında irəliləyiş görməsək, qəti nəticə əldə edənə qədər daha intensiv əməliyyata keçəcəyik”, - hərbi komandan bildirib.

Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərini öldürməsi və girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və girovların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.

Martın 18-də İsrail ordusu anklavda hərbi əməliyyatları bərpa edərək ora kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında əldə edilmiş atəşkəsi pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edərək, Qəzzada əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasına görə bütün məsuliyyətin İsrail və ABŞ-nin üzərinə düşdüyünü açıqlayıb.

İsrail tərəfinin son məlumatına görə, HƏMAS hazırda Qəzzada 24 girovu və 35 ölü əsirin meyitini saxlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi