xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:08 – İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib 
  • 19:19 – İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb 
  • 14:02 – İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb 
  • 13:10 – Prezident İlham Əliyev Şəhidlər Xiyabanında - FOTO 

Tramp hücum planı ilə qayıdıb, Zəngəzur dəhlizi açılacaq – Xaçikyan

Bugün, 09:13 0 dəfə baxılıb

Tramp hücum planı ilə qayıdıb, Zəngəzur dəhlizi açılacaq – Xaçikyan


Donald Trampın ABŞ prezidenti postuna qayıdışından sonra İran Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

Onun fikrincə, bu vəziyyətdə Ermənistana artacaq təzyiq Zəngəzur dəhlizinin açılmasına imkan yaradacaq.

“Türkiyə və Azərbaycan lobbisi Tramp administrasiyası ilə fəal işləyir, Ermənistanda belə iş görə biləcək peşəkar kadrlar yoxdur.​​​ Diaspor nümayəndələri Ermənistanın Tramp üçün heç bir hərbi-strateji əhəmiyyətinin olmadığını bildirirlər. ABŞ-nin regionda birinci müttəfiqi Azərbaycanla ittifaqda olan İsrail, ikincisi isə Türkiyədir” , - Xaçikyan əlavə edib.​

Ekspert bildirib ki, bu yaxınlarda Vaşinqtonla İrəvan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd Ermənistanın təhlükəsizliyi ilə bağlı ABŞ qarşısında heç bir öhdəliyi özündə ehtiva eləmir: “Bu, “yeni Sevr müqaviləsi”dir və bunun sayəsində Ermənistan Rusiya və İranla münasibətləri korlayacaq. Artıq regionda dörd düşmənimiz olacaq”.​​​

Politoloq hesab edir ki, Ermənistan hakimiyyətinin siyasəti ölkədə enerji tariflərinin kəskin artmasına, əhəmiyyətli ixrac bazarları və transferlərin itirilməsinə gətirib çıxara bilər. O, Ermənistanda aclığın başlaya biləcəyini istisna etməyib. Xaçikyanın sözlərinə görə, artıq Rusiya bu nəticələrlə bağlı xəbərdarlıq edib.​

O, güman edir ki, Tramp ABŞ-ni Ukrayna münaqişəsindən çıxarmaq və resursları Yaxın Şərqə yönəltmək istəyir, çünki İsrailin müdafiəsi onun xarici siyasətinin mütləq prioritetidir:

“İrana hücum edilə bilər və ya Birləşmiş Ştatlar Tehranı güzəştə getməyə və nüvə proqramını məhdudlaşdırmağa, habelə İranın Yaxın Şərqdəki proksilərinə yardımının qarşısını almaq üçün sərt tədbirlərə əl atacaq. Bunlar olmasa, İrana hücum başlayayacaq. ABŞ-nin yeni administrasiyası hesab edir ki, İran məsələsini həll etməyin vaxtı çatıb. İsrail uzun illərdir bu fürsəti gözləyirdi. Hesab edirəm ki , Qəzza zolağında “Hizbullah”la döyüşlər bərpa olunacaq.

İranın başı üzərində qara buludlar yığılır: ya nüvə proqramını məhdudlaşdırmaqla güzəştə getməli, ya da hava hücumu ilə üzləşməlidir. Bu halda Tehran reaksiya verəcək ki, bu da gözlənilməz və təhlükəli eskalasiyaya gətirib çıxaracaq, o cümlədən bizim üçün”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi