xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Kreml və Tehran zəiflədi, rəqib bu ölkədir - ABŞ

14-01-2025, 16:00 2 dəfə baxılıb

Kreml və Tehran zəiflədi, rəqib bu ölkədir - ABŞ



Son 4 ildə ABŞ xarici siyasətinin prioritetlərini sırasında Çinlə rəqabət, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq təşkil edib və bu istiqamətdə bir çox uğurlara imza atılıb.

Bunu ABŞ prezidenti Co Bayden keçirdiyi mətbuat konfransında 4 illik hakimiyyəti dövründə xarici siyasətlə bağlı fəaliyyəti şərh edərkən deyib.

Əfqanıstandan tamamilə çəkilərək Amerika xalqına verdikləri vədi yerinə yetirdiklərini bildirən Bayden 2001-ci ildən sonra Əfqanıstanda döyüşməyən ilk prezident olduğunu bildirib.

Bayden Çinlə əməkdaşlıq sahələrində ortaq addımlara açıq olduqlarını, əsas sahələrdə, xüsusilə yüksək texnologiyalarda güclü rəqabət apararaq qlobal rəqabəti davam etdirdiklərini bildirib:

"Çinlə uzunmüddətli rəqabətdə daha yaxşı strateji mövqedəyik. Bilirsiniz ki, əksər hesablamalara görə, Çin iqtisadiyyatının 2030-cu ilə qədər bizim iqtisadiyyatımızı ötməsinin qaçılmaz olduğunu proqnozlaşdıran ekspertlər var. Biz isə "yox" deyirik".

O, bütün resurslardan istifadə edərək Pekinlə texnoloji və iqtisadi rəqabətdə üstünlük əldə etməyə çalışacaqlarını vurğulayıb.

Bayden xüsusilə ən qabaqcıl texnologiyalar, süni intellekt sahəsində və yarımkeçiricilərlə bağlı məsələlərdə Çinlə ciddi rəqabət apardıqlarını və qlobal rəqabətin ən ciddi mövzu olduğunu bildirib.

Rusiya-Ukrayna müharibəsin toxunan ABŞ prezidenti bildirib ki, Putin Ukraynanı işğal edəndə bir neçə günə Kiyevi ələ keçirəcəyini düşünürdü.

Bayden Rusiya prezidenti Putinin Ukrayna ilə bağlı gözlədiyinin alınmadığını və bunun əsas səbəbinin Amerika rəhbərliyi olduğunu vurğulayıb. “Müharibə başlayandan təxminən 3 il sonra Putin heç bir strateji hədəfinə çatmadı. İndiyə qədər o, nə Ukraynanı özünə tabe edə bildi, nə də NATO-nun birliyini poza bildi. Həqiqət budur ki, döyüşün başladığı andan bəri Kiyevin mərkəzində duran kişi mənəm, Putin deyil", - Bayden qeyd edib.

Bayden bundan sonra da ABŞ-ın Ukraynanı dəstəkləməkdən vaz keçə bilməyəcəyini vurğulayıb.

O, Yaxın Şərqdəki mövcud vəziyyətə də toxunub və 7 oktyabr 2023-cü il hücumlarından sonra İsraili sona qədər güclü dəstəklədiklərini və bundan sonra da dəstəkləyəcəklərini bildirib.

İranın son zamanlar həm Suriyada, həm də Livanda ciddi şəkildə zəiflədiyinə diqqət çəkən ABŞ prezidenti bildirib ki, İran onilliklər ərzində olduğundan daha zəifdir. "İran və Rusiyanın Suriyadakı vəziyyətinə nəzər salın ki, İran nə qədər zəifləyib. Əsəd hər iki ölkənin Yaxın Şərqdəki ən yaxın müttəfiqi idi, amma heç biri onu hakimiyyətdə saxlaya bilmədi, açığı, heç bir ölkə bu məsələdə çox səy göstərmədi", - o bildirib.

İsrailin ABŞ-nin köməyi ilə bölgədə İrana ciddi ziyan vurduğunu deyən Bayden, yeni administrasiyanın bu mövzuda həssas və ayıq olması lazım olduğunu qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi