xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:10 – İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib 
  • 11:17 – Prezident El-Salvadorun yeni təyin olunmuş səfirini qəbul edib 
  • 11:13 – İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:32 – Prezident Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib 

"SEPAH"dan Bakıya İTTİHAM: ŞOK GƏLİŞMƏ

1-11-2024, 10:47 0 dəfə baxılıb



Tehran hər fürsətdə Azərbaycanı hədəf almağa öyrəncəli olduğu üçün bu dəfə də “niyə İsrailin hücumunu pisləmədilər” deyə hay-küy yaratmağa cəhd edib; hər vəchlə Ermənistanı dəstəkləyən fars-molla rejimi sussa, daha yaxşı olar...

İsrail İranın oktyabrın 1-də öz ərazisinə irimiqyaslı raket hücumuna cavab olaraq oktyabrın 26-da bu ölkəyə hava zərbələri endirib. Bundan sonra bəzi ölkələr bu hadisəni pisləyən bəyanatlar veriblər. Onların sırasında, məsələn, dünyada sözünün çəkisi olmayan Ermənistan da vardı.

Ermənistan hökumətinin İsraillə İran arasındakı münaqişədə növbəti dəfə Tehranın tərəfini tutması təəccüblü deyil. Belə ki, bu ay İrəvan Fələstinlə diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıb. Bir müddətdir ki, demək olar ki, bütün erməni KİV-ləri İsrail əleyhinə kəskin yazılar dərc edir, məruz qaldığı raket hücumlarına açıq şəkildə sevinirlər. Hətta “Azərbaycan "artsax"ın mülki əhalisini öldürəndə, etnik təmizləmə törədəndə, Ermənistan ərazisinə İsrail silahları ilə keçərkən Təl-Əviv Bakını dəstəklədi", - deyə yazanlar da olub.

İrəvan Zəngəzur dəhlizində yaratdığı əngələ görə İrana borcunu belə qaytarır, Fələstin məsələsi ilə spekulyasiya edir. Amerikanın buyruq qulu olan İrəvan Yaxın Şərqdə müttəfiqi olan İsrailə qarşı siyasət yürüdür. İran isə hər fürsətdə Azərbaycanı hədəf almağa öyrəncəli olduğu üçün bu dəfə də “niyə İsrailin hücumunu pisləmədilər” deyə hay-küy yaratmağa cəhd edib. Belə ki, SEPAH-a bağlı “Parstoday” saytı bununla bağlı “Rəsmi Bakı xunta rejimindən ehtiyat edir” başlıqlı “xəbər” dərc edib. Yazıda əksər ölkələrin İsrailin İrana hücumunu pislədiyi, lakin Azərbaycanın hələ də məsələdə susqun qaldığı iddia olunur. Sayt “Azərbaycan hakimiyyəti işğalçı rejimin xətrinə dəyməmək üçün məlum təcavüz aktına münasibət bildirməkdən çəkinir” iddiasını irəli sürüb.

30 il davam edən işğalda Ermənistana qoşulub torpaqlarımızın sərvətlərinin daşınmasında iştirak edən İranın bu cür məsələlərdə Azərbaycanı sorğu-sual etməsi yersiz görünür, sussalar daha yaxşı olar. İkinci bir tərəfdən, Azərbaycan Fələstinin müstəqil dövlət olmasına tərəfdar olsa da, Yaxın Şərq münaqişəsində tərəf deyil. Bu münaqişənin də tezliklə sona çatması barədə dəfələrlə çağırış edib. Azərbaycanın haqq işində bir dəfə səsini çıxarmayan, əksinə, hər vəchlə Ermənistanı dəstəkləyən Tehran rejimində əsas söz sahibi olan SEPAH-ın bu cür mövqeyi də anlaşılandır.

Elşad Musayev qərarını verdi - Bu dairədən namizəd oldu Yeni Sabah

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında dedi ki, İranın SEPAH-a yaxın media orqanları Azərbaycana düşmən kimi baxırlar və davamlı olaraq qeyri-dost yazılarla çıxış edirlər: “Maraqlıdır, Ermənistan Azərbaycanda qətliam törədəndə İran və onun SEPAH-ı niyə səsini çıxarmadı? Azərbaycan hansı hadisəyə necə münasibət bildirməsini kimsədən soruşmur. Biz 44 günlük müharibədə İranı gördük, erməni tərəfdə dayandığına hamı şahid oldu, indi də gedib özlərinə ağıl öyrətsinlər. Bizim onların çağırışlarına ehtiyacımız yoxdur”.

Onun sözlərinə görə, artıq “şirin quyruğu” qısılıb və kiməsə məsləhət də verə bilməzlər: “Biz qonşularımızla normal münasibətlərin tərəfdarıyıq. Eyni zamanda Vətən müharibəsində Azərbaycanın yanında kim olub, Azərbaycana qarşı kim çıxıb, bunu da unutmamışıq. İsrail Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə siyasi-mənəvi dəstəyini ifadə edib, bu ölkədən müasir silahlar almışıq, hər zaman dostluq görmüşük. İran isə işğalçının məğlub olmasını istəmirdi, Ermənistana silah daşınmasında iştirak edirdi, ərazilərimizin talan edilməsində də uzun müddət fəaliyyət göstəriblər. İndi gəlib bizdən İsrailin İranın hücumuna cavab verməsinə münasibət bildirməyi gözləmək həyasızlıqdır”.


Oqtay Qasımov

Politoloq Oqtay Qasımovun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda sülh olsun və problemlər danışıqlar yolu ilə həllini tapsın: “Azərbaycan bölgədə gərginliklə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin tərəfdarı olduğunu bildirib. Yaxın Şərqə gəldikdə, Azərbaycan Fələstin müstəqil dövlətinin yaradılmasını dəstəkləyir və BMT-də mövqeyimizi də açıqlamışıq. Ancaq bizim hansısa dövlətə qarşı İranın yanında dayanmaq kimi öhdəliyimiz yoxdur”. O.Qasımov hesab edir ki, rəsmi Bakı dinc yolla, dialoqla problemlərin həll edilməsini istəyir: “Əgər İran proksi qüvvələrlə İsrailə hücum edirsə, özü də iki dəfə zərbə endiribsə, Tehran və SEPAH anlamalıdır ki, cavab zərbələri zamanı Azərbaycan heç zaman İranın vurulmasında platsdarm olmağa imkan verməyib. Eyni zamanda biz İranla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq və bunu da İran rejimi bilməlidir”.

Ümumiyyətlə, SEPAH-ın media resursları dinc oturmur. Bundan əvvəl, SEPAH-ın Telegram kanalı xəbər yaymışdı ki, sərhəddə olan Parsabad bölgəsinin sakinləri İran və Azərbaycan sərhədində yerləşən Araz çayı üzərində naməlum obyekt gördüklərini və bir neçə saniyədən sonra yoxa çıxdığını bildiriblər. “Son illərdə Azərbaycan hökuməti videoçəkiliş və dinləmə üçün İsraildən casus şarları alıb və onlardan İran və Ermənistanın sərhədyanı rayonlarında və hərbi bazalarında casusluq etmək üçün istifadə edir”, - deyə cəfəngiyyat dilə gətirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi