xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:07 – İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir 
  • 10:00 – Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır 
  • 09:33 – İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var 

Lavrov Türkiyəni sərt tənqid etdi: “Ukrayna ilə hərbi əməkdaşlıq…” -ÇAT YARANDI

1-11-2024, 09:53 4 dəfə baxılıb



Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, “Hurriyet” qəzetinə verdiyi müsahibədə, Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib.

Musavat.com Lavrovun sözlərindən bu sitata diqqət çəkir: “Ankaranın Ukrayna rejimi ilə əməkdaşlığı, Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır.”

Lavrov vurğulayıb ki, “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur.” O, bu addımların iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.

Lavrovdan daha bir sitat: “Türkiyənin vasitəçi olaraq mövqeyini qorumaq istəyərkən eyni zamanda hərbi-texniki sahədəki fəaliyyətləri ziddiyyətli görünür. Biz Ankaranın bu siyasətini sual altında qoyuruq". Musavat.com -a görə, Lavrovun bu açıqlamaları, Moskva-Ankara münasibətlərində yeni sualların və gərginliyin yaranmasına səbəb ola biləcək mahiyyət daşıyır.

Lavrovun bu tənqidi, eyni zamanda Türkiyənin Qara Dəniz regionundakı balanslı mövqeyinə və Rusiyanın bu məsələdəki mövqeyinə diqqət çəkir. Ankara, vasitəçilik təklifləri ilə beynəlxalq arenada sülhün dəstəkləyicisi kimi görünmək istəsə də, hərbi-texniki əməkdaşlıq fərqli bir mənzərə yaradır və Rusiya tərəfinin gözündə inandırıcılığı azaldır.

BİZİM ŞƏRH: Ukraynadakı münaqişənin və qanlı müharibənin səbəbkarı olaraq, Rusiyanın Türkiyəni tənqid etməyə heç bir mənəvi -siyasi haqqı yoxdur. Türkiyə öz milli maraqlarına və regionda sülhün qorunmasına xidmət edən siyasətini həyata keçirir. Ankara, beynəlxalq hüququ və öz strateji maraqlarını əsas götürərək hərəkət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi