xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Türkiyəyə tətbiq edilən embarqonu Azərbaycan zərərsizləşdirdi

30-09-2024, 12:56 1 dəfə baxılıb

Türkiyəyə tətbiq edilən embarqonu Azərbaycan zərərsizləşdirdi


2021-ci ildən etibarən Kanada Türkiyə istehsalı olan PUA-ların oynadığı rola görə Türkiyəyə "L3Harris" şirkəti tərəfindən hazırlanmış WESCAM MX-15D EO/IR görüntüləmə sisteminin ixracına embarqo tətbiq edib. Lakin Azərbaycanın səyi ilə bu embarqo aradan qaldırılıb.

Azərbaycan Hərbi Hava Qüvvələri TOLUN sursatının və ASELFLİR-500 Elektro-Optik sisteminin tədarükü ilə bağlı müqavilə imzaladığını açıqlayıb

Yeni sistemlərin Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan Bayraktar AKINCI PUA-larında istifadə ediləcək.

ASELFLİR-500-ün ilk ixracını Azərbaycana edən ASELSAN embarqoya cavabı idi.

ASELFLİR-500 gecə və gündüz işləmə qabiliyyəti, genişləndirilmiş interfeys inteqrasiyası və bir çox digər xüsusiyyətləri ilə əhəmiyyətli üstünlüklərə malik olmaqla Kanada istehsalı olan WESCAM MX-15D-dən geri qalmır.

Yeni sistemin 4096×2880 HD gündüz, 1280×720 HD IR və SWIR kameraları var. O, həmçinin 35 kilometrə qədər lazer hədəfi göstərmə məsafəsini təmin edir. Çəki və ayırdetmədə əhəmiyyətli təkmilləşdirmələr təklif edən bu sistem kritik əməliyyatlarda PUA-lar üçün daha yaxşı təsvir və hədəf aşkarlamasını təmin edir.

TOLUN isə hava platformalarından atılan və həm sərt, həm də yumşaq quru hədəflərinə qarşı istifadə edilə bilən bir sursat kimi diqqət çəkir.

İnteqrasiya edilmiş KKS/ANS (GPS/INS) yönləndirmə sisteminə malik olan bu sursat 139 kq ağırlığında və atıldığı hündürlükdən asılı olaraq 100 kilometr məsafəni qət edə bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi