xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Paşinyanın devrilməsi prosesi başlayır - 22 sentyabrdan...

17-09-2024, 14:22 5 dəfə baxılıb



Ermənistandakı etiraz hərəkatının lideri, keşiş Baqrat Srbazan ötən gün parlament müxalifəti ilə görüş keçirib.

Modern.az-ın məlumatına görə, bu barədə "Joğovurd" qəzeti yazıb.

O, parlamentin “Hayastan” və “Şərəfim var” fraksiyaları ilə görüşüb. Görüş Ermənistan parlamentində baş tutub.

Qəzetin məlumatına görə, Baqratla müxalifət arasında görüş iki saata yaxın davam edib. "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyanın ofisində baş tutan görüşün təşəbbüskarı Baqrat olub.

Baqrat və parlament müxalifəti bundan əvvəl dəfələrlə görüşsə də, parlament binasında ilk dəfə idi ki, belə bir görüş keçirilirdi.

“Joqovurd” qəzetinin məlumatına görə, görüşün gündəliyinə sentyabrın 22-də keçiriləcək toplantı və Nikol Paşinyanın ictimai təzyiqlə hakimiyyətdən uzaqlaşdırılması məsələsi daxildir. Baqrat toplantıdan gözləntiləri ilə bağlı fikirlərini təqdim edib.

Ermənistanın müxalifət partiyaları həm parlamentdə, həm də küçə mübarizəsində hərəkata dəstək verməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Baqrat bu müddət ərzində müxtəlif sahələrin nümayəndələri ilə görüşün nəticələrini də təqdim edib, görülən işlərdən əvvəl hərəkatın gələcək fəaliyyəti də müzakirə olunub.

"Baqrat və müxalifət partiyaları bir daha təsdiq etdilər ki, hərəkatın və mübarizənin açarı ictimaiyyət arasında geniş konsolidasiyanı təmin etməkdir”, - qəzet yazır.

Qiyamçı keşiş bundan əvvəl Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla da görüşüb.

Qeyd edək ki, keşiş Baqrat Srbazan sentyabrın 22-də İrəvan idman-konsert kompleksində böyük toplantı keçirməyə hazırlaşır.

Baqrat Srbazanın hələ ki Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanla görüşə nail olmadığı bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi