xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Bu ölkədə prezident və nazirlər maaşdan imtina ediblər

22-03-2024, 10:50 1 dəfə baxılıb

Bu ölkədə prezident və nazirlər maaşdan imtina ediblər


Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumətin nazirləri könüllü olaraq maaş və müavinətlərdən imtina ediblər.

Bu barədə məlumatı “Pakistan Today” qəzeti yayıb.

Bildirilir ki, rəsmilər bu addımı ölkənin Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönələn qənaət tədbirləri çərçivəsində atıblar.

Həmçinin qeyd olunub ki, bu həftənin əvvəli Pakistan Prezidenti Asif Ali Zardari də maaş və müavinət almaqdan imtina edib.

Qeyd edək ki, dövlət xərclərinə qənaətlə bağlı tədbirlərin tətbiqi fevral ayında baş tutan parlament seçkilərindən sonra formalaşan yeni federal hökumətin ilk addımlarından biri olub.

Martın 18-də Nazirlər Kabineti sözügedən tədbirlər çərçivəsində nazirlərin və dövlət məmurlarının xarici ölkələrə səfərlərini məhdudlaşdırıb. Belə ki, nazirlər, məmurlar, onların müşavir və köməkçiləri xarici ölkələrə ildə 3 dəfədən çox səfər edə bilməz və bu səfərlər yalnız müvafiq qurumların icazəsi əsasında həyata keçirilə bilər. Eyni zamanda, dövlət rəsmilərinə xarici səfərlər zamanı beş ulduzlu hotellərdə qalmaq qadağan edilib. (Qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi