xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Lotereya qalibi olan kişi iki azyaşlı oğlunu öldürdü, arvadını isə yaraladı

27-11-2019, 09:33 55 dəfə baxılıb

Lotereya qalibi olan kişi iki azyaşlı oğlunu öldürdü, arvadını isə yaraladı


Elektrik Devid Stouks lotereyada 40 min funt sterlinq udan zaman xoşbəxt olan ailə üzvləri, yəqin ki, faciəvi sonluğu heç təsəvvürlərinə belə gətirməmişdilər. Gözlənilməz zənginlik ailəyə böyük bədbəxtlik gətirib.

Oxu.az xəbər verir ki, bu barədə “Daily Star” xəbər verib.

43 yaşlı Devid lotereyada qalib gəldikdən sonra arvadı Salli ilə münasibətləri pisləşir. Belə ki, qadın ərinin elektron poçtunda əxlaqsız qadınların sifarişi barədə məktublara rast gəlir, həmçinin brauzerin tarixçəsindən kişinin narkotikə aludə olduğunu anlayır. Salli tapıntıları barədə ərinə xəbərdarlıq etdikdən sonra qohumlarına bu barədə danışmaq üçün evdən çıxır. Bundan qəzəblənən kişi evdə qalan oğlanlarını doğrayır.

Salli evə qayıtdıqda isə əri onu da öldürməyə cəhd edir. Lakin qadın küçəyə qaçaraq həyatını xilas edə bilir. O, köməyə çağırdıqda isə cani Sallini zorla yenidən evə salıb.

Hadisə yerinə polislər cəlb olunub. 5 saat ərzində Stouks zabitləri evə buraxmaqdan imtina edib. Qarşıdurmanın sonunda kişi sakitcə qadını 2-ci mərtəbəyə çıxardaraq, kürəyindən bıçaqlayıb.

“Mən kürəyimin isindiyini hiss etdim. Əlimlə toxunduqda, bıçaqlandığımı anladım. Üzümü ona tərəf çevirərək adını çağırdım. Onun üzündə elə ifadə yarandı ki, elə bil qalib gəlib. Bunu heç bir zaman unutmayacağam”, – deyə qadın sonradan ifadəsində bildirir.

Nəhayət Salli polislərin müdafiəsi altında evdən qaça bilib. Hüquq-mühafizə əməkdaşları evə soxulduqda isə Devidin meyiti ilə rastlaşıblar. Ölmüş uşaqlar – 5 yaşlı Metyu və 11 yaşlı Adam isə çarpayıda əl-ələ tutmuş halda tapılır.

Hadisə ilə bağlı istintaq başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi