xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Hindistan-İran-Ermənistan dəhlizi İrəvan üçün effektli olmayacaq - FAKT BUDUR!

16-02-2024, 14:22 14 dəfə baxılıb



"Ermənistan blokadadan çıxmaq məqsədilə bir çox tranzit layihələr həyata keçirmək və yaxud işə düşəcək tranzit layihələrə qoşulmaq niyyətindədir. Ancaq Ermənistan nə qədər cəhd etsə də, ən əsas qonşuları - Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan qoşulduğu bütün layihələr gəlirli və sərfəli olmayacaq".

Bu barədə "Sherg.az"a millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Ermənistan çətin relyefə malikdir və bu ölkəni İranla birləşdirən avtomobil yolu tez-tez sıradan çıxır. Yeni yolun çəkilməsi üçün nə İranın, nə də Ermənistanın sərmayə qoymaq imkanı var:

"Bu baxımdan Ermənistan məhz Hindistandan İrana, oradan isə Ermənistana uzanan layihənin reallaşdırılması ilə müəyyən üstünlük əldə etməyə çalışır. Ancaq bu, birbaşa Ermənistan iqtisadiyyatına elə də böyük müsbət təsir göstərməyəcək. Ancaq Ermənistan Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaradarsa, daha çox gəlir əldə edər, fayda götürər. Zəngəzur dəhlizi vasitəsilə Rusiya ilə birbaşa əlaqə qurmaq imkanı qazanar. Hindistan-İran-Ermənistan dəhlizi isə İrəvan üçün effektli olmayacaq. Ermənistanın bu layihəyə qoşulmaqla blokadadan çıxmaq cəhdləri nəticəsiz qalacaq. Gec-tez Ermənistan məcburiyyət qarşısında qalaraq Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Ermənistanın rifahı da bu layihənin reallaşmasından və həm Azərbaycan, həm də Türkiyə ilə əməkdaşlıqdan asılıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi