xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Rusiyanın hərbi texnikası tükənir - Analitiklərin hesablaması

8-02-2024, 13:48 4 dəfə baxılıb

Rusiyanın hərbi texnikası tükənir - Analitiklərin hesablaması


Ötən şənbə Moskva üçün müharibənin ən ağır günlərindən biri idi. Rusiya ordusu Ukrayna ilə toqquşmalarda ən azı 54 döyüş texnika itirib, 16-sı isə ciddi xəsarət alıb. Bu itkilərə 16 tank, 29 döyüş maşını və zirehli texnika daxildir.

Həmin gün Ukrayna tərəfi də 9 döyüş texnikası itirib və 21 isə müxtəlif formada xəsarət alıb.

Müharibədə gündəlik itkiləri hesablayan və dərc edən analitik Andrey Perpetuanın sözlərinə görə, bu müharibə dövründə olan rekord səviyyədə faciəvi göstəricidir.

"Haber7"nin yazdığına görə, indi əsas sual döyüş meydanında çoxsaylı hərbi texnikası itkisinə məruz qalan Kremlin savaşı uzun müddət davam etdirmək qabliyyətinə malik olub-olmamasındadır. Rusiyada yeni zirehli maşınların istehsalı geridə qalmağa davam etsə də, ruslar hələ də əsasən anbarlardan çıxardıqları Soyuq Müharibə dövründən qalma köhnə hərbi texnikalardan istifadə edirlər.

Bu ehtiyatlar kifayət qədər məhduddur və artıq tükənməyə başlayıb.

Dekabr ayında Kreml köhnəlmiş 4811 döyüş texnikasını 1081 inventarını yenidən təmir edib.

Qalan 3730 avtomobildən ən azı 765-i təmir edilə bilməyəcək, onlar son dərəcədə yararsız vəziyyətdədir.

Analitiklərin fikrincə, 2022 və 2023-cü illərdə ruslar ayda təxminən 80 tank itirib.

Əgər bu itki nisbəti 2024-cü ildə davam etsə və yeni tankların istehsalı ayda 30-40 səviyyəsində sabit qalsa, Kremlin döyüş maşınlarının tükənməsi iki il çəkəcək.

Rusiya ordusu hazırda döyüşlərdə ayda təxminən 400 tank itirir. Bu, 2022 və 2023-cü illərdə müşahidə olunan nisbətdən təxminən 5 dəfə yüksək deməkdir.
Bu hesablamalara görə, Rusiyanın qarşıdakı 2 il üçün kifayət qədər hərbi texnikası yoxdur və itkilər ordu üçün kifayət qədər sarsıdıcıdır.

Müharibə bu intensivliklə davam edərsə, o zaman Rusiyanın aktiv döyüş maşınları 6 ay ərzində tükənə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi