xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Qarabağdakı “ordu” Ermənistan MN-ə tabe idi – Erməni mayor ETİRAF ETDİ

7-11-2023, 14:22 37 dəfə baxılıb

Qarabağdakı “ordu” Ermənistan MN-ə tabe idi – Erməni mayor ETİRAF ETDİ


“Qarabağın müdafiə ordusu” Ermənistan silahlı qüvvələrinin strukturlarından biri idi.

Axar.az xəbər verir ki, bunu Ermənistan ordusunun əvvəllər işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən bölmələrində uzun illər xidmət etmiş mayor Armen Petrosyan deyib.

“Müdafiə ordusu” ilə bağlı demək istəyirəm ki, Ermənistan silahlı qüvvələri birbaşa Ermənistan Müdafiə Nazirliyinə tabe olan “müdafiə ordusu” və ordu korpuslarından formalaşıb. “Müdafiə ordusu” əslində Ermənistan ordusunun ürəyi idi. Çünki orada hər şey bol idi və əsas diqqət ora yönəldilmişdi. Ora əsas zərbə istiqamətində idi. Bu səbəbdən Qarabağda əsgər olmaq daha şərəfli idi. İndi sual yaranır: gələcəkdə zabitlərimizin oradakı xidmətini tanımasaq, nə olacaq? Yəni onlar “müdafiə ordusunda” xidmət etdikləri üçün hərbi xidməti başa vurmamış hesab olunacaqlar. Ən azı 20 il xidmət etmişik ki, gələcəkdə maaş alacağıq. Şəxsən mən təhsilimi Ermənistan Müdafiə Nazirliyinin Hərbi İnstitutunda almışam və orada əmək stajı müqabilində təqaüdə çıxmağımla bağlı müqavilə bağlamışam. Xidmətimi fərqlənmə diplomu ilə başa vurub, fərqlənmə diplomu ilə bitirmişəm. İndi nə oldu, 20 illik xidmət sıfra çevrildi? Məsələ ondan ibarətdir ki, biz Qarabağda xidmət edəndə, yüksək rütbə alanda və ya zabit kurslarına gedəndə bütün bu hərəkətlər Ermənistanın müdafiə nazirinin müvafiq əmrinə əsasən baş verirdi”, - o bildirib. //Axar.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi