xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ağ Evdən İrana qarşı plan

25-10-2023, 12:31 10 dəfə baxılıb

Ağ Evdən İrana qarşı plan


Amerikalılar Yaxın Şərqdən təcili evakuasiya edilir, bölgəyə əlavə hərbi qüvvələr gətirildi
Ağ Ev İsrail və HƏMAS arasında müharibənin daha geniş regional münaqişəyə çevriləcəyi təqdirdə amerikalıları Yaxın Şərqdən təxliyə etmək üçün "ağıllı fövqəladə planlama" aparır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, ABŞ hökuməti bu ayın əvvəlində İsraildən həyata keçirməyə başladığı çarter reysləri istisna olmaqla, amerikalıların bölgədən təxliyəsi üçün hazırda heç bir “aktiv səy” göstərmir. Kibri onu da əlavə edib ki, vəziyyət kəskinləşərsə, əhalinin evakuasiyası qaçılmaz olacaq.

“Kaş ki sizə fərqli bir şey deyə biləydim. Kaş ki bu, baş verməyəydi. Amma bu, müharibədir. Bu, qanlı, çirkin və əcaib olacaq”, - Kibri vurğulayıb.

ABŞ-nin artan zorakılığa hazırlaşdığını qeyd edən Pentaqonun sözçüsü briqada generalı Pat Rayder bildirib ki, artıq İraq və Suriyada ABŞ əsgərləri və obyektlərinə ən azı 13 hücum olub.

“Biz yaxın perspektivdə İranın əlindəki marionet qüvvələr və nəticə etibarı ilə İran tərəfindən ABŞ qüvvələrinə və şəxsi heyətinə qarşı gərginləşdirici addımlar atılacağını görürük. Ona görə də ABŞ regiondakı qüvvələrini və maraqlarını qorumaq üçün tədbirlər görməkdən çəkinməyəcək”, - Rayder qeyd edib.

Rayder hava hücumundan müdafiə sistemlərinin istifadəsi də daxil olmaqla bir sıra yeni qüvvələrin mühafizəsi tədbirlərinin həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, THAAD sistemləri və əlavə Patriot raket batalyonları Yaxın Şərqə yerləşdirilməyə başlayıb.

Rayder Yaxın Şərqə əlavə qüvvələrin yerləşdirildiyini də bildirib. O bildirib ki, Nyu Cersi Hava Milli Qvardiyasının 119-cu Ekspedisiya Qırıcı Eskadronu F-16 döyüş təyyarələri ilə çərşənbə axşamı bölgəyə gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi