xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Bədbəxtik, günah özümüzdədir – Erməni kilsəsindən şok etiraflar

10-10-2023, 11:21 16 dəfə baxılıb

Bədbəxtik, günah özümüzdədir – Erməni kilsəsindən şok etiraflar


“Görünür, bizim bədbəxtliklərimizə görə hamını günahlandırmaq, mürəkkəb geosiyasi situasiyalara istinad edərək müxtəlif ölkələrin şərikliyini qeyd etmək bizim üçün acınacaqlı bir ənənə halını alıb. Lakin təəssüflər olsun ki, bütün obyektiv iddiaların və zərurətin əksinə olaraq, müsibətlərin səbəblərinin bizə aid olan hissəsini, nöqsanlarımızı, səhvlərimizi, günahlarımızı araşdırıb və onu aydın şəkildə göstərəndə özümüzə çətin gəlirik”.

Bunu Eçmiədzinin diplomatı arxiyepiskop Arşak Xaçatryan erməni mediasına müsahibəsində deyib.

“Təəssüf ki, biz vahid cəmiyyət, kimlik ətrafında birləşən insanlar formalaşdıra bilmirik. Bu gün də o uğursuz və bədnam əməl davam edir. Bir tərəfdən Rusiyanı, digər tərəfdən isə beynəlxalq ictimaiyyəti heç bir əsas olmadan günahlandırırıq. Amma, əslində, günahın böyük və əsas payı bizə aiddir. Heç kim əlimizdən tutmayıb ki, biz qüdrətli ölkə quraq. Bunu bizə heç kim qadağan etməyib. Ona görə də dərindən əminəm ki, biz özümüz bu faciələrin səbəbini öz içimizdə axtarmalıyıq”, - o qeyd edib.

Son dövrlərdəki erməni cəmiyyətində vüsət alan anti-Rusiya meyillərini şərh edən Xaçatryan deyib ki, bu isteriyanı anlaşılmaz hesab edir: “Rusu yetərincə erməni olmamaqda ittiham etmək yersizdir. Rusiya böyük fövqəldövlətdir, onun öz geosiyasi maraqları var. Əlbəttə, mən özümü politoloq kimi göstərmirəm, amma mənə elə gəlir ki, bütün bunları başa düşmək üçün ezoterik biliklərə ehtiyac yoxdur. Biz öz maraqlarımızı üstün tutmağı, öz maraqlarımızı qeyd etməyi, dövlətçiliyimizin qorunub saxlanmasını təmin edə biləcək güclərlə müqayisə etməyi bacarmalıyıq”.

Bakıda həbsdə olan terrorçuların azad olunması istiqamətində İrəvanın hansısa ciddi addım ata biləcəyinə gəldikdə o deyib: “Heç bir gözə çarpan cəhd görmürəm. Olsa belə, indiki iqtidarların belə bir problemə müdaxilə etmək üçün o qədər qabiliyyəti, təsiri, çəkisi varmı? Deməkdə çətinlik çəkirəm. Təəssüflər olsun biz xalq olaraq elə bir vəziyyətə düşmüşük ki, bizim iştirakımız olmadan gələcək həyatımızın, gələcəyimizin ssenariləri hazırlanır. İndi bu şərtlər daxilində onların təsir etmək şansı varmı? Bizim hakimiyyət orqanlarının bu cür problemləri həll etməyə qadir olduğuna qəti şübhəm var”.

Erməni cəmiyyətinin üzləşdiyi böhrandan çıxmaqda kilsədən olan gözləntilərinə gəldikdə isə Xaçartyan deyib ki, bu, çox şişirdilir: “Əslində, kilsənin belə bir vəziyyətdə siyasi fəaliyyət göstərmək praktikası yoxdur. Hesab edirəm ki, kilsənin bu cür proseslərdə birbaşa iştirakı son dərəcə mürəkkəb və yeni problemlər yarada bilər. Hər şey o qədər də birmənalı deyil. Belə bir hərəkətə və təşəbbüsə başlamazdan əvvəl son dərəcə diqqətli olmaq və çox incə davranmaq lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi