xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Araikin devrilməsindən sonra İrəvanda Vardanyanın reklamına start verildi... - VİDEO

5-09-2023, 14:22 23 dəfə baxılıb

Araikin devrilməsindən sonra İrəvanda Vardanyanın reklamına start verildi... - VİDEO


Xankəndində Araikin devrilməsindən sonra İrəvanda Rusiya diktatoru Putinin Azərbaycan ərazisinə atdığı milyarder “desant”ı Ruben Vardanyanın reklamına start verilib.

Ermənistanın “Aprelu Yerkir” partiyasının sədri, Yerevan merliyinə namizəd Mane Tandilyan Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri”, “iş adamı” və “xeyriyyəçi” kimi tədim etdiyi R. Vardanyan haqqında video-çarx paylaşıb.

Moderator.az xəbər verir ki, bu haqda Tert.am məlumat yayıb.

“Ruben Vardanyan 20 ildən artıqdır ki, Ermənistana və Artsaxa xidmət edir, 700 layihə həyata keçirib, 700 milyon dollardan çox sərmayə qoyub”, – deyə erməni siyasətçi videoya şərhində yazıb.

Qeyd edək ki, R.Vardanyan son vaxtlar İrəvandakı haylara müraciətində məhz Mane Tandilyanı merliyə namizəd kimi dəstəkləməyə çalışıb.

P.S. Rusiya agenturası, “5-ci kalon”u Xankəndində də, İrəvanda da fəal hücuma keçib...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi