xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Ermənistanda 7 yeni rus bazası: nə baş verir?

13-06-2023, 11:28 18 dəfə baxılıb

Ermənistanda 7 yeni rus bazası: nə baş verir?


Ermənistanın öz təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı tam dəqiq məlumatlar var. Buna iqtisadi, hərbi və insan resursları imkan vermir. Ona görə də bölgədə marağı olan ölkələrdən dəstək almağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistanda son illər rus bazalarının sayının artmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Qərb KTMT üzvü olduğuna görə Ermənistana birbaşa hərbi yardımın verilməsinin mümkün olmadığı haqqında açıq bəyanatlar səsləndirir. Lakin rəsmi İrəvan Qərbdən müəyyən dərəcədə maliyyə və siyasi dəstək alır:

“Ona görə də Ermənistan KTMT-dəki üzvlüyünü tədricən minimum həddə endirir, lakin təşkilatdan çıxmaq haqqında konkret qərar vermir. Rəsmi İrəvanın hazırda Moskva ilə həm sözügedən təşkilat çərçivəsində, həm də ikitərəfli səviyyədə müttəfiqlik əlaqələri mövcuddur. İndiki şəraitdə Ermənistan daha çox ikitərəfli münasibətlər çərçivəsində Rusiyadan faydalanmağa çalışır. Diqqətlə fikir versək görərik ki, son bir ildəki bazalar Azərbaycanın anklavlarının qarşısında və nəqliyyat arteriyaları istiqamətində qurulub. Ermənistan Avropadan siyasi və maliyyə dəstəyi, eyni zamanda müşahidəçilərin göndərilməsi, ərazisində rus hərbi bazalarının qurulması yolu ilə Azərbaycana qarşı maneələr formalaşdırmağa çalışır. Lakin bəhs etdiyimiz təhlükəsizlik sisteminin formalaşdırılmasında ciddi problemlər var. Çünki Ermənistana dəstək verən ölkələr arasında artıq siyasi rəqabət yox, münaqişə gedir. Putinin həbsi ilə bağlı verilən qərara münasibət, İranın hərbi yardım təklifinə Qərbin reaksiyası və s. bunun simptomlarıdır. Ona görə də qurulan yeni təhlükəsizlik sistemi Ermənistana qısamüddətli zəmanətlər versə də, qarşıdakı perspektivdə ölkəni mübarizə meydanına çevirə bilər”.

Qeyd edək ki, son bir ildə Rusiya FTX və Müdafiə Nazirliyi Ermənistanda 7 hərbi baza tikib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi