xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Putini devirmək üçün Rusiyaya sızdılar

26-05-2023, 10:17 15 dəfə baxılıb

Putini devirmək üçün Rusiyaya sızdılar


“Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun döyüşçülərinin bir hissəsi Rusiya Prezidenti Vladimir Putinin rejiminə qarşı mübarizəni davam etdirmək üçün federasiya ərazisində qalıb”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

“Biz qəti şəkildə deyə bilərik ki, Rusiyaya qarşı müqavimət güclənir. Belqorod vilayətindəki son hadisələrdən danışırıqsa, bəli, “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun müəyyən hissəsi mübarizəni davam etdirmək və yeni tərəfdarlar cəlb etmək üçün Rusiya ərazisində qalır”, - Yusov bildirib.

O qeyd edib ki, bununla əlaqədar olaraq “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun mübarizə coğrafiyası genişlənir və fəaliyyət miqyası artır. Onun sözlərinə görə, Belqorod vilayətində baş verən son hadisələr Rusiyanın mərkəzində son dövrlərdə Putin rejiminə qarşı ən kütləvi silahlı müqavimətə çevrilib.

Mayın 21-də korpus və legionun rusiyalı könüllüləri Belqorod vilayətində əməliyyata başladıqlarını elan ediblər. Onların sözlərinə görə, əməliyyat nəticəsində iki hərbçini yaralayıblar. Bundan əlavə, onlar zirehli transportyorları, atıcı silahları və digər texnikaları ələ keçiriblər.

Ukrayna hərbi kəşfiyyatı (QUR) bunun rusların özləri tərəfindən “xüsusi əməliyyat” olduğunu bildirib.

Hazırda “Rusiya Könüllülər” Korpusunun döyüşçülərinin Qlotov kəndində olduğu deyilir.(Teleqraf)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi