xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

"Azərbaycanlılar bu müsabiqədə iştirakdan imtina edərək, düzgün addım atdılar" - Boris Navasardyan

19-04-2023, 15:30 25 dəfə baxılıb

"Azərbaycanlılar bu müsabiqədə iştirakdan imtina edərək, düzgün addım atdılar" - Boris Navasardyan


İrəvanda fəaliyyət göstərən Press Klubun prezidenti Boris Navasardyan “Echo Baku” internet kanalına müsahibəsində Ermənistan paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağı ilə bağlı insidentə münasibətini bildirib. Kanalın aparıcısı müxtəlif yarışlarda Azərbaycan və Ermənistan idmançıları arasında bir neçə qalmaqalı sadalayıb və “Sonuncu hadisə həmin hadisələrin məntiqinə uyğun gəlirmi?” sualını verib. Navasardyan cavabında 2008-ci il Avropa çempionatının seçmə turniri zamanı yaranmış vəziyyəti xatırladıb. O zaman “kor püşkatma” nəticəsində Azərbaycan və Ermənistan futbol komandaları eyni qrupa düşmüşdülər.

– Komandalar harada oynayacaqları ilə bağlı heç cür razılığa gələ bilmirdilər. Ermənistanın idman təşkilatları Azərbaycan yığmasını İrəvanda qəbul etməyə hazır olduqlarında israr edirdilər. Azərbaycan komandası isə imtina edərək, neytral meydanda oynamağı təklif edirdi. Razılaşma olmadığından hər iki qarşılaşmaya görə komandalara məğlubiyyət hesablandı. Yəni hər şeyi itirdilər.

Sonuncu epizoda – İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasına qayıdan Navasardyan deyib:

– Bu epizod birmənalı olaraq Ermənistanın xeyrinə deyil. Hesab edirəm ki, bu, prinsipcə, biabırçı hadisədir və Ermənistan beynəlxalq yarışlara ev sahibliyi edə bilməyən ölkə kimi özünü gözdən saldı. Amma mən niyə bu əməli törədən “cavan oğlan” yox, “Ermənistan” deyirəm? Ermənistanda da, Azərbaycanda da hər an hər şey edə biləcək “ağılsız başlar” var və onlardan nəsə gözləmək olar. Ona görə də, əgər siz beynəlxalq yarışların keçirilməsi, o cümlədən iştirakçıları dəvət etmək və ya müharibədə olduğunuz ölkəni təmsil edən idmançılar üçün təhlükəsizlik zəmanəti vermək məsuliyyətini üzərinizə götürürsünüzsə, o zaman heç bir insidentin baş verməməsi üçün həqiqətən də bütün tədbirləri görməlisiniz. Açılış mərasiminin təşkilində bu və ya digər formada iştirak edən Ermənistan hökuməti, onun hüquq-mühafizə orqanları və digər qurumlar isə bu tapşırığın öhdəsindən gələ bilmədilər. Üstəlik, təəssüf ki, baş verənlərlə bağlı hələ də rəsmi reaksiya eşitmirəm. Çempionatın təşkilat komitəsinin sədrinin (bu şəxs eyni zamanda Nikol Paşinyanın administrasiyasının rəhbəridir) “Facebook”da hansısa yazısı var idi və o, bayrağı yandıran şəxsin hərəkətini pisləyirdi. Yenə də “Facebook”da Ermənistan parlamentinin deputatlarının, deyərdim ki, kifayət qədər səmimi qeydləri vardı və onlar baş verənlərə görə hamıdan üzr istəyirdilər. Bu mövzu mediada, sosial şəbəkələrdə kifayət qədər fəal müzakirə olunur. Amma fakt odur ki, baş verənlərlə bağlı rəsmi qiymət eşitməmişik. Bu, müəyyən narahatlıq doğurur. Çünki belə hallar baş verirsə, səhvlərin etiraf edilməsi və onların bir daha heç bir şəkildə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir. Üstəlik, Ermənistan gələn il ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək iddiasındadır. Və əgər bu insident İrəvanın daha böyük idman yarışına ev sahibliyi etməsinə mane olmayacaqsa, artıq bu gün nəticə çıxarmaq lazımdır.

Amma mən həm də döyüşən ölkələrin idmançılarının “rəqib meydanında” idman yarışlarında və ya hər hansı digər tədbirlərdə iştirakının, ümumiyyətlə, lazım olub-olmadığı ilə bağlı öz subyektiv fikrimi bildirmək istəyirəm. Düşünürəm ki, yox, çünki müasir idman bütün hallarda psixologiyadan çox təsirlənir. İdmançılar isə ruhən nə qədər güclü olsalar da, ətrafda qeyri-sağlam düşmənçilik mühiti olanda, psixoloji cəhətdən hər şeyi yüz faiz yerinə yetirə bilmirlər. Və ən azı yaxın gələcəkdə bir-birimizlə insan kimi danışmağı öyrənənə qədər Bakıda erməni idmançılara qarşı qeyri-sağlam düşmənçilik mühiti olub və olacaq. İrəvanda da Azərbaycan idmançılarına münasibətdə eyni cür. Ona görə də, mühüm beynəlxalq yarışları buraxmaq nə qədər ağır olsa da, münasibətlər normallaşana qədər, yaxşı olar ki, bir-birimizə yarışlara getməyək. Yeri gəlmişkən, Avroviziya Mahnı Müsabiqəsi Bakıda keçiriləndə də eyni fikri bildirmişdim. O zaman erməni tərəfi özünü bir qədər qeyri-məntiqi apardı. Əvvəlcə, deyəsən, iştirak edəcəklərini elan etdilər, amma müsabiqəyə az qalmış getmədilər. Yeri gəlmişkən, Ermənistan bu səbəbdən diskvalifikasiya edildi və növbəti Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilmədi. Hesab edirəm ki, ilk gündən məntiqli və əsaslı qərar qəbul etmək lazım idi. 2022-ci ilin sonunda İrəvanda Uşaq Avroviziya Mahnı Müsabiqəsi keçirildi və mən hesab edirəm ki, azərbaycanlılar bu müsabiqədə iştirakdan imtina edərək, düzgün addım atdılar.

Press Klub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi