xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Putinin yürüşü gündəm oldu: Dünya bu görüntülərdən danışır... - VİDEO

20-07-2022, 11:10 24 dəfə baxılıb

Putinin yürüşü gündəm oldu: Dünya bu görüntülərdən danışır...  - VİDEO


Rusiya Prezidenti Vladimir Putinin İran səfəri zamanı qeydə alınan görüntülər dünya mətbuatında gündəm olub.

İngiltərə mətbuatı Putinin təyyarədən düşərkən axsadığını və yeriməkdə çətinlik çəkdiyini iddia edib.

“Putin balanssız görünürdü və sağ qolunu bərk-bərk yanında saxlamışdı”- ifadələrinə yer verilib”.

Bu görüntülərə istinad edən Britaniya qəzeti “Mirror” yazıb ki, Putin sağ qolunu tərpədə bilmir:

“Putin ayaq üstə dayanıqsız görünür və bu görüntülər Rusiya liderinin Parkinson və ya ölümcül xərçəng xəstəliyinə tutulması ilə bağlı şayiələrin daha yüksək səslə dilə gətirilməsinə səbəb ola bilər”, - xəbərdə deyilir.

Qeyd edək ki, “Mirror” qəzeti daha əvvəl də həkimlərin Rusiya liderinin maksimum 3 il ömrü qaldığını dediklərini yazmışdı. İddialar araasında həmçinin Putinin gözlərinin əhəmiyyətli dərəcədə zəifləməsi də var:

“Ona televiziyada deyəcəklərini oxumaq üçün hər şey böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir” - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi