xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Almaniyada Putinə qarşı istintaqa başlanılır

8-04-2022, 09:30 34 dəfə baxılıb

Almaniyada Putinə qarşı istintaqa başlanılır


Almaniyanın iki keçmiş naziri Ukraynaya genişmiqyaslı müdaxilə zamanı rus qoşunlarının hərbi cinayətləri, habelə Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla Rusiya rəsmiləri ilə bağlı təhqiqata başlamaq üçün federal prokurorluğa sənədlər göndərib.

“Xarici media xəbər verir ki, Almaniyanın keçmiş ədliyyə naziri Zabine Leytqoyser-Şnarrenberqer və keçmiş daxili işlər naziri Gerhart Baum aprelin 7-də bildiriblər ki, onlar Ukraynadakı vəhşiliklərə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün xaricdə törədilən ağır cinayətlərə görə mühakimələrə imkan verən Almaniya qanunlarından istifadə etmək istəyirlər.

Keçmiş məmurlar adından 140 səhifəlik cinayət şikayətini hazırlayan vəkil Nikolaos Qazeas bildirib ki, bu, təkcə Putin və onun Təhlükəsizlik Şurasının 32 üzvü də daxil olmaqla Rusiya rəhbərliyinə deyil, həm də Rusiya ordusunun bir sıra kadrlarına qarşı yönəlib.

Onun sözlərinə görə, şikayətdə Çernobıl AES-ə hücumdan tutmuş Mariupoldakı doğum evinin atəşə tutulmasına qədər olan cinayətlərdən bəhs edilir.

Qazeas əlavə edib ki, federal prokurorlar cinayət işinin açılıb-açılmaması barədə qərar verərkən kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlardan da istifadə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi