xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ötən gün Putin Qarabağla yaxşı və pis nə deyib? - Keçmiş nazir izah edir...

18-11-2020, 14:28 49 dəfə baxılıb

Ötən gün Putin Qarabağla yaxşı və pis nə deyib? - Keçmiş nazir izah edir...


“Rusiya Prezidenti Vladimir Putinin Qarabağla bağlı açıqlamalarında müsbət tərəflərlə yanaşı, mənfi tərəflər də var”.
Bu sözləri sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib:

“Mənfi hissə ondan ibarətdir ki, Putin Azərbaycanın mövqeyindən fərqli olaraq, gələcəkdə Dağlıq Qarabağa hansısa status verilməsi ilə bağlı fikirlər səsləndirib. Əlbəttə ki, bu, bizim ortaya qoyduğumuz müvqeyə ziddir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə status-kvo məsələsini ləğv etdiyini bildirib. Bu, dəyişməz bir məsələdir”, - politoloq bildirib.

Sabiq nazir: “Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus” - modern.az

Sabiq nazir rus sülhməramlıların Azərbaycana gəlişindən və onların fəaliyyətindən danışıb:

“Ermənistanın kapitulyasiyasını təmin etmək üçün Azərbaycan Rusiya sülhməramlıların gəlişinə razılıq verdi. Yəni, rus sülhməramlıları gəlib nəzərdə tutulan addımların icra olunmasını təmin etsin. Hesab edirəm ki, sülhməramlı qüvvələrin hansı öhdəliklərinin olması, konkret olaraq hansı işləri görəcəyinin aydın olması üçün həmin qüvvələrə xüsusi mandat vrilməlidir. Bu mandatın qəbul olunması üçün qısa müddət ərzində Bakıda Azərbaycan, Türkiyə və Rusiya nümayəndələri arasında müəyyən danışıqlar olmalıdır. Sülhməramlı qüvvələrin mandatı qəbul elədikdən sonra məsələ aydın olacaq”.(Redaktor.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi