xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Rusiyanın bu şəhərində “miqrant ovu”: Azərbaycanlılar da saxlanılıb - VİDEO

22-02-2022, 11:04 47 dəfə baxılıb

Rusiyanın bu şəhərində “miqrant ovu”: Azərbaycanlılar da saxlanılıb - VİDEO


Rusiyanın Yekaterinburq şəhərində ana və qızını döyən ikinci azərbaycanlı da saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu 16 yaşlı, Namiq adlı texnikum tələbəsidir.

Qeyd edək ki, bundan əvvəl isə Dəmiryol Texnikumun tələbəsi, Masallıdan olan 17 yaşlı Ural Qasımov saxlanmışdı.

Rusiyanın Yekaterinburq şəhərində polis və OMON kütləvi reydlərə başlayıb.

Belə reydlərdən biri Ural regionunun ən böyük ticarət obyekti 4 nömrəli meyvə-tərəvəz bazasında olub. Belə ki, həm bu bazada, həm də şəhərin digər bazarlarında işləyən miqrantlar təkidlə yoxlanılır, onların iş icazəsi sənədləri araşdırılır.

Bu ticarət obyektlərinin qarşısına onlarla polis maşını və xüsusi avtobuslar gətirilib. Sənədlərində xırda qüsur olan miqrantlar həmin maşınlara doldurularaq aparılır.

Saxlanılanlar arasında xeyli azərbaycanlı da var.

Xatırladaq ki, bir qədər əvvəl iki şəhər sakini ana və qızı miqrantlar tərəfindən döyülüb. Bu isə vilayətdə qəzəbə səbəb olub. Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məsələni öz diqqətinə götürüb.

İnsidentdə iştirak edənlər arasında bir azərbaycanlı da olub. Ural Dəmiryolları texnikumunun 17 yaşlı tələbəsi Röyal Qasımov həbs edilib.

Rusiyanın bu şəhərində “miqrant ovu”: Azərbaycanlılar da saxlanılıb - VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi