xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ən böyük şəhərlərdən biri su altında qalacaq: paytaxt köçürülməlidir

12-11-2021, 14:22 26 dəfə baxılıb

Ən böyük şəhərlərdən biri su altında qalacaq: paytaxt köçürülməlidir


İndoneziyanın paytaxtı və ən böyük metropolisi Cakartanın tezliklə su altında qalacaq.

““Phys.org” xəbər verir ki, bu barədə Milli Tədqiqatlar və İnnovasiyalar Agentliyinə istinadən yazır.

Mütəxəssislərin fikrincə, qlobal istiləşmənin təsirlərini azaltmaq üçün lazımi tədbirlər görülməsə, 2050-ci ilədək şəhərin ən azı 25%-i su altında qalacaq.

Boqorski Univeristetinin son araşdırmalarına əsasən, 2019-2020-ci illər arasında Cakartanın müxtəlif hissələri 1,8 - 10,7 santimetr daşqın riski ilə üzləşib. Bu hadisənin səbəblərindən biri də şəhər sakinlərinin qrunt sularından kütləvi şəkildə istifadə etməsidir. Bu, ölkə paytaxtının altında boşluqlar yaradır və torpağın çökməsinə səbəb olur. Eyni zamanda, dünya okeanının səviyyəsi artır. İndi dəniz səviyyəsi 1900-cü illə müqayisədə 13-20 santimetr yüksəkdir.

Məqalədə qeyd olunur ki, hətta ABŞ prezidenti Co Bayden iyul ayında İndoneziyaya paytaxtı on il ərzində başqa yerə köçürməyi tövsiyə edib, çünki Cakarta iqlim dəyişikliyi səbəbindən su altında qala bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi