xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Ermənistanda peyvənd prosesində kütləvi rüşvət faktları aşkarlanıb, saxlanılanılar var

14-10-2021, 09:00 55 dəfə baxılıb

Ermənistanda peyvənd prosesində kütləvi rüşvət faktları aşkarlanıb, saxlanılanılar var


Ermənistanda koronavirusa qarşı peyvənd zamanı kütləvi rüşvət və saxtakarlıq halları müəyyən edilib.
"V.Abajyan adına Ailə Tibbi Mərkəzi" poliklinikasının bir qrup əməkdaşı 2021-ci ilin aprelindən bu günə qədər eyni tibb müəssisəsində qeydiyyatdan keçmiş 700-dən çox vətəndaşı peyvənd etməyib. Bunun əvəzində həmin vətəndaşlara "ARMED" vahid elektron sağlamlıq sisteminə daxil edilən saxta peyvənd sertifikatları tərtib olunub. İlkin araşdırma zamanı məlum olub ki, poliklinika işçiləri buna görə hər bir vətəndaşdan 5-10 min dram (10-20 ABŞ dolları) məbləğində rüşvət alaraq vaksinləri məhv ediblər.

Cinayət işinin ibtidai istintaqı zamanı 10-dan artıq axtarış aparılıb, rüşvət məbləğləri aşkar edilib və müsadirə olunub. Nəticə olaraq peyvənd edilmədən saxta sertifikatlar almış şəxslərin siyahıları hazırlanıb.

Əldə edilmiş sübutlar əsasında tibb mərkəzinin 6 əməkdaşı saxlanılıb.

Hazırda saxta sertifikatları olan bütün şəxslərin aydınlaşdırılması, onlara qarşı cinayət işinin başlanması və məsuliyyətə cəlb edilməsi üçün işlər aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi