xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Ərdoğan: "Merkelin qərarı gecikib, Talibandan bizə təklif var ki..."

27-08-2021, 14:29 77 dəfə baxılıb

Ərdoğan: "Merkelin qərarı gecikib, Talibandan bizə təklif var ki..."


“Talibanla səfirlikdə 3,5 saatlıq görüşümüz olub və bizə Kabildəki hava limanının işlədilməsini təklif etdilər. Biz qərar vermədik. Sentyabrın 1-dən sonra qərar verəcəyik”.

“Haber7” xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, lazım gələrsə, Talibanla bundan sonra da görüşmək fürsətimiz olacaq.

“Əfqanıstanda sabitliyin bərqərar olması üçün diplomatik fəaliyyətimiz davam edəcək. Bu istiqamətdə işlərimiz gedir”, - Ərdoğan qeyd edib.

Almaniya kansleri Merkelin Əfqanıstanda Türkiyə ilə birgə çalışma haqqında səsləndirdiyi fikirlərə gəldikdə isə Ərdoğan bildirib ki, bu, çox gecikmiş qərardır: “Türkiyə ilə işləmək haqqında verilən bəyanat çox gecikmiş bir qərardır. Bizdən başqa hamı Əfqanıstanı tərk etdi.

Talibanın Türkiyənin Kabil hava limanını idarəetmək barədə təklifinə gəldikdə isə belə bir təklif olsa da, qərar verməmişik. Əfqanıstanda idarəetmədə ciddi bir boşluq hökm sürməkdədir. İdarəetmə aydın olmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi