xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 
  • 13:49 – Prezident və birinci xanım Şamaxıda 
  • 12:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi 

ABŞ prezidenti əvvəlcə jurnalistə “axmaq” dedi, sonra üzr istədi

17-06-2021, 10:01 74 dəfə baxılıb

ABŞ prezidenti əvvəlcə jurnalistə “axmaq” dedi, sonra üzr istədi


ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında ona sual verən jurnalisti danlayıb.

Xarici KİV xəbər verir ki, Bayden onu Putinə mülayim davranmaqda ittiham edən “CNN International”ın müxbiri Keytlen Kollinsi tənbeh edib.

Bayden jurnalistin “Putinin davranışlarını dəyişdirəcəyindən necə bu qədər əmin ola bilirsiniz” sualına belə cavab verib:

“Davranışlarını dəyişdirəcəyi məsələsində əmin deyiləm. Bu nə axmaqlıqdır. Buna nə vaxt əmin olduğumu dedim?”

Kollins Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyi iddiasını gündəmə gətirib. O, növbəti dəfə Baydenə “Yaxşı, bu prezident kimi necə konstruktiv görüş deməkdir?” sualını ünvanlayıb.

Bayden isə jurnalistə “Bunu başa düşmürsünüzsə, yanlış işdəsiniz” söyləyib.

Konfransdan sonra təyyarəyə minməyə hazırlaşan ABŞ prezidenti ona sual verən jurnalistə üzr borcu olduğunu deyib:

“Ona çoxbilmiş formada cavab verməli deyildim. Başa düşdüyüm qədərilə yaxşı müxbir olmaq üçün neqativ olmaq lazımdır. Heç pozitiv şeylər soruşmursunuz” - Bayden deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi