xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Alman portalında ermənilər tərəfindən dağıdılmış kəndlər haqqında videoreportaj yayımlanıb

29-01-2021, 10:06 67 dəfə baxılıb

Alman portalında ermənilər tərəfindən dağıdılmış kəndlər haqqında videoreportaj yayımlanıb


Almaniyanın “Die Welt” qəzetinin onlayn platforması olan “welt.de” portalında Klemens Hirmke və Daniel-Dilan Bömerin müəllifliyi ilə “Mən qürurla geri dönəcəyəm” başlıqlı videoreportaj yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın Tərtər rayonunun Şıxarx kəndi və ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərindəki vəziyyətdən bəhs olunur.

Bildirilir ki, Azərbaycanın Şıxarx kəndinin sakinləri bu kəndə 1993-cü ildə Dağlıq Qarabağdan qovulma nəticəsində köçüblər və hazırda qovulduqları ərazinin qonşuluğunda yaşayırlar. Kənd sakini Akif Əhmədov azərbaycanlıların kəndə köçməsindən sonra burada öz evlərini inşa etdiklərini bildirir. O, həmçinin son müharibə zamanı gözündən və əlindən qəlpə yarası alıb.


Digər kənd sakini Nəsibə Cabbarova ermənilər tərəfindən qovulan zaman bütün əmlaklarını tərk etdikləri ərazidə qoyub gəldiklərini və ermənilərin onların yurdunu zorla ələ keçirməyə cəhd etdiyini vurğulayır. O, həmçinin son müharibə zamanı ona məxsus evin ermənilərin raket hücumuna məruz qalmasından danışır.

Şıxarx kəndinin sakinləri vətənlərinin işğaldan azad olunmasını məmnunluqla vurğulayır, sevinclə artıq qaçqın olmadıqlarını və geri qayıdacaqlarını bildirir, habelə buna görə Azərbaycan ordusuna və prezidentinə təşəkkür edirlər.

Qeyd olunur ki, 2020-ci ilin payız aylarında baş vermiş müharibə zamanı Azərbaycan 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Ağdam şəhəri də daxil olmaqla, bir sıra ərazilərini geri qaytarıb. Əlavə olunur ki, bir zamanlar Ağdamda 28 min əhali yaşayıb. 10 noyabr 2020-ci il tarixində əldə olunmuş razılaşmanın şərtlərinə əsasən ermənilər şəhəri tərk etməli olub. Hazırda ərazi sıx şəkildə minalanıb və oradakı binalar dağıdılıb. Vurğulanır ki, ərazinin minalardan təmizlənməsi bir neçə il davam edəcək.

Videoreportajda Ağdam şəhərinin keçmiş sakini Məlahət Quliyeva doğma şəhərinin əvvəlki vəziyyəti barədə məlumat verir. O, yurd-yuvalarından qovulan zaman yaxın qohumlarından dördünün itkin düşdüyünü, dördünü isə dəfn etdiklərini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi