xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Köln şəhərində şəhidlərimiz anılıb və Ermənistanın hərbi cinayətlərinə etiraz edilib

9-12-2020, 10:15 38 dəfə baxılıb

Köln şəhərində şəhidlərimiz anılıb və Ermənistanın hərbi cinayətlərinə etiraz edilib


Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin, Azərbaycan–Türk Kültür və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə Köln şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı “səssiz” mitinq keçirilib.
Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Dom kilsəsinin önündəki Roncalliplatz meydanında baş tutan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan soydaşlarımız və Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları 44 günlük müharibə zamanı Azərbaycanın döyüş meydanından kənarda yerləşən Gəncə, Tərtər, Bərdə və digər şəhərlərinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə raket atəşinə tutulmasına, 94 dinc sakinin öldürülməsinə və mülki obyektlərin dağıdılmasına diqqəti cəlb edib. Azərbaycan, Türkiyə, Almaniya və Avropa Birliyinin bayraqlarının dalğalandırıldığı mitinqdə dağıdılmış və yandırılmış evlərin şəkillərinin əks olunduğu plakatlar nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət evinin sədri Altay Rüstəmli yerli mediaya açıqlamasında bildirib ki, döyüş meydanında Azərbaycan ordusuna məğlub olan Ermənistan cəbhədən uzaqda olan şəhərləri bombalamaqla və dinc sakinləri qətlə yetirməklə ağır hərbi cinayətlərə yol verib.
Fransa parlamentinin Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın “müstəqil dövlət” olaraq tanınmasını tövsiyə edən qərarını pisləyən soydaşımız bu addımı həmsədr ölkənin tərəfsizliyinin kobudcasına pozulması kimi qiymətləndirib. O, proseslərin Fransanın ATƏT-in Minsk qrupundakı yerini itirməsinə gətirib çıxaracağını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi