xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 

Paşinyan seçki qələbəsi hələ təsdiqlənməmiş Baydendən kömək istədi

9-11-2020, 11:27 52 dəfə baxılıb

Paşinyan seçki qələbəsi hələ təsdiqlənməmiş Baydendən kömək istədi


Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib.
“Report” xəbər verir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi vurğulayaraq, demokratların namizədinin Qarabağda müharibənin dayandırılması üçün addımlar atacağına ümid etdiyini deyib. Paşinyan əslində bununla Baydenin ermənilərə verdiyi vədlərə əməl etməsinə eyham vurub.

Qeyd edək ki, Paşinyan əvvəllər də bir neçə dəfə Rusiya, Fransa prezidentlərinə, habelə ABŞ-ın hazırkı dövlət başçısına müraciət edərək Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmələrini istəyib. Lakin rədd cavabı alıb.

Xatırladaq ki, ABŞ-ın Demokratlar Partiyasının namizədi Co Baydenin prezident seçkilərində qələbə qazanması hələ rəsmi olaraq təsdiqlənməyib. Yalnız Birləşmiş Ştatların bir sıra mətbu orqanları Baydenin səs çoxluğu ilə Trampı üstələdiyini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi