xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

"Kubinka"da söküntü işləri ilə bağlı PROBLEM YARANIB - 3500 manat...

18-04-2023, 11:26 43 dəfə baxılıb

"Kubinka"da söküntü işləri ilə bağlı PROBLEM YARANIB - 3500 manat...


Bakıda Nəsimi rayonu ərazisində "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı problem yaranıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, buna səbəb yerli sakinlərin sökülən evləri qarşılığında daha çox kompensasiya tələb etməsidir.

Belə ki, söküntünü icra edən şirkət sakinlərlə 3 min manat kompensasiya məbləğində razılaşıb. Bir çox sakin də bu təklifi qəbul edərək razılıq ərizəsi imzalayb. Lakin bəzi sakinlər kompensasiya məbləğinin artırılaraq 3500 manat olmasını tələb ediblər. Bundan sonra isə şirkət həm söküntü işlərini, həm də kompensasiya verilməsini dayandırıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, hazırda “Kubinka”da pilot layihə çərçivəsində hissə-hissə söküntü işləri aparılır, artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır.

Kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadrat metr əlavə sahəsi olan mənzil təklif olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi