xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:11 – İlham Əliyev açılışda iştirak edib - FOTOLAR 
  • 12:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 19:34 – İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır 
  • 17:36 – Prezident icra başçısını vəzifədən AZAD ETDİ 

Taksi sürücüləri sabah imtahan verəcəklər

Bugün, 13:20 1 dəfə baxılıb

Taksi sürücüləri sabah imtahan verəcəklər


Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də növbəti imtahan təşkil edəcək.
DİM-dən bildiirlib ki, imtahanda iştirak etmək üçün 1516 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda Naxçıvan şəhəri 4 saylı orta məktəbdə, DİM-in Bərdə regional bölməsində və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə olacaq. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin DİM-in saytına yerləşdirilir. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. Namizədlər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.

“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi