xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür

28-04-2026, 12:10 7 dəfə baxılıb

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür


Bu gün 28 aprel istilasından - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 106 il ötür.

AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq o, cəmi 23 ay yaşaya bilib.

1920-ci il aprelin 28-də ölkədə sovet hakimiyyətinin qurulması məqsədilə Rusiya Federativ Sosialist Respublikasına məxsus "XI Qızıl Ordu" və Volqa-Xəzər hərbi donanması Azərbaycanı işğal edib.

Bununla da Respublika süqut edib.

Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəlmişdi.

Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.

1918-ci ilin mayın 28-də AXC-nin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.

1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi