xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 

Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO

Bugün, 10:04 0 dəfə baxılıb

Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO


Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb.

Yolasalmada iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu göndərilən humanitar yardım üçün Azərbaycana təşəkkür edib.

"Prezident İlham Əliyevə təşəkkür edirəm ki, İrana bu cür vəziyyətdə humanitar yardım göstərib. Bu da bizim müştərək mədəniyyətimizdən xəbər verir. Novruz bayramı ərəfəsində bu xoş niyyət olduqca təqdirəlayiqdir. Çox xoş və sevindirici haldır ki, yardıma ilk olaraq Azərbaycan qoşuldu. Bu da bizim üçün olduqca əhəmiyyətlidir", - səfir bildirib.

Qeyd edək ki, bundan əvvəlki Azərbaycandan İrana ilk humanitar yardım martın 10-da yola salınıb. Humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub.

***

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.

APA xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi