xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

Sol zolağı “zəbt edən” sürücülərə xəbərdarlıq - Video

10-03-2026, 10:46 5 dəfə baxılıb

Sol zolağı “zəbt edən” sürücülərə xəbərdarlıq - Video


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) zolaqlarda hərəkətlə bağlı sürücülərə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

Ancaq təəssüflər olsun ki, paytaxt yollarında sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət edən bir çox sürücülərə rast gəlinir. Bununla yanaşı, nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı bəzi sürücülərin faraların uzaq işıqlarını ardıcıl şəkildə yandırıb-söndürərək yol tələb etməsi, nəqliyyat vasitəsini sürətlə sürməsi və düzgün ara məsafəsi saxlamaması halları da tez-tez müşahidə edilir. Belə hallar paytaxtın üç və daha çox hərəkət zolağı olan - Aeroport şosesi, Heydər Əliyev, Ziya Bünyadov prospektləri, Bakı-Sumqayıt şosesi və digər əsas müşahidə edilir.

Bununla mənzil başına daha tez çatacaqlarını düşünən belə sürücülər radara yaxınlaşdıqda qəfil sürəti azaltmaqla yanaşı, düzgün ara məsafəsi saxlamadıqlarından qəzalar baş verir. Eyni zamanda sürücülərin bu cür davranışları həmin zolaqda hərəkətdə olan digər sürücüləri təşvişə salır, onlar qəfil manevrlər etmək məcburiyyətində qalırlar. Bu tip sürücülər nədənsə elə düşünürlər ki, sol zolaqda hərəkət edən digər sürücülər onlara mütləq yol vermək məcburiyyətindədir.

Lakin Qanunda qeyd olunub ki, yalnız operativ nəqliyyat vasitələri üstün keçid hüququna malikdir və onlar yaxınlaşdığı zaman zolağın boşaldılması tələb olunur. Hətta bu nəqliyyat vasitələri üstün hərəkət rejimindən istifadə edərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdır. Digər sürücülərin isə belə bir üstünlük hüququ yoxdur.

Qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.

Sürücülərə yollarda hərəkət edərkən sağ zolaqlara üstünlük vermələrini, zəruri hallar üçün sol zolaqları boş saxlamalarını tövsiyə edirik”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi