xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Nağd ödəyənə ucuz, kartla baha: Alıcı niyə aldadılır?

2-02-2026, 11:53 8 dəfə baxılıb



Bəzi dükanlarda vətəndaşlar nağdsız ödəniş etmək istədikdə onlara fərqli qiymət təklif olunur. Əgər nağd ödəniş edilsə, endirim tətbiq edilir, lakin kartla ödəniş zamanı endirim mümkün olmur.

ATV xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu, həm qanunsuz, həm də istehlakçı hüquqlarının pozulması hesab oluna bilər.

Hüquqşünas Roman Qaraşov bildirib ki, sahibkarların belə addımları vergi öhdəliklərindən yayınmaq məqsədini güdür və qanunsuzdur. Hər hansı istehlakçıya kassadan qəbzin verilməməsi ilə bağlı Vergi Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.

Ekspert həmçinin qeyd edib ki, nağdsız ödəniş zamanı kartdan-karta köçürmə tələb etmək və endirim verməmək, yalnız vergi öhdəliklərindən yayınmaq deyil, həm də istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı hüquqları haqqında qanunun 7-ci maddəsinə görə, hər bir məhsul üçün yazılı sənəd - kassadan qəbz və ya digər təsdiqedici sənəd verilməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qanunvericilik bütün vətəndaşlara ticarət və xidmət sahələrində bərabər hüquq tanıyır. İstehlakçıların hüquqlarının pozulması hallarında müraciət etmək imkanı mövcuddur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi