xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

29-03-2024, 10:14 0 dəfə baxılıb



Nağdsız ödəmə adiləşir. İnsanlar pulu ciblərində deyil, plastik kartlarda, eləcə də mobil telefonda (elektron cüzdan) daşımağa üstünlük verirlər. Hesab edirlər ki, nağdsız ödəniş həm təhlükəsiz, həm də sərfəlidir. Amma son vaxtlar Azərbaycanda bəzi müəssisələr-ticarət mərkəzləri, avtoservis müəssisələri, gözəllik mərkəzləri, ictimai iaşə obyektləri və s. müştərinin nağdsız ödəniş həvəs göstərmir, daha doğrusu, hər fürsətdə bundan imtina etməyə çalışırlar. Hətta ödəniş olsa belə, qəbz verməyi “unudurlar”. Vergidən yayınmaq üçün müxtəlif yollara əl atan bu müəssisələr, əlbəttə, qanunsuzluğa yol verir, istehlakçı hüquqlarını kobud şəkildə pozurlar.

Bəs istehlakçılar bu halla rastlaşdıqda nə etməlidir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Pressklub.az-a açıqlamasında bildirib ki, ticarət və xidmət mərkəzlərində kassa çeki verilmədikdə istehlakçının hüququnu qorumaq olmur.

“Bəzi ticarət mərkəzləri, Sədərək bazarı, eləcə də əksər avtotəmir müəssisələri, klinikalar, restoranlar və s. vergi strukturlarının üz qarasıdır”.

Müsahibimizin sözlərinə görə, bəzi müəssisələrdə, eləcə də meyvə-tərəvəz dükanlarında vətəndaş ödənişi kartla etmək istədikdə satıcı şəxsi kartına ödəmə tələb edir: “Bu da vergidən yayınma ilə yanaşı, dövlət siyasətinin biznes tərəfindən boykot edilməsidir. Təəssüf ki, nə vətəndaşlar bu məsələyə ciddi yanaşır, nə də dövlət orqanları”.

Görəsən, Dövlət Vergi Xidməti (DVX) bu məsələ ilə bağlı lazımi yoxlanışları edib, addımlar atırmı?

Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov Pressklub.az-a açıqlamasında bildirib ki, vergi qanunvericiliyinə əsasən, nağdsız ödənişdən imtinaya görə ticarət və xidmət müəssisələrinə cərimələr nəzərdə tutulub.

“Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi hesab olunur”.

Ş. Məmmədov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən olunub. Həmin obyektlərə qanundan yayındığı təqdirdə maliyyə sanksiyası tətbiq edilir.

Müsahibimiz deyib ki, istehlakçılar qanunvericiliyin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla Dövlət Vergi Xidmətinin saytına (195 – 1), Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmsöhbətimiz bildirib ki, qeyri-anonim şəkildə, yəni rəsmi şikayət edildikdə Dövlət Vergi Xidməti tərəfindən həmin şikayətə baxılır. Daxil olmuş şikayətlər və məlumatlar üzrə operativ vergi nəzarəti tədbirləri görülür: “Ancaq bu tədbirlərin həyata keçirilməsi üçün vətəndaş şikayətləri vacibdir. Çünki DVX operativ nəzarətə çıxanda bəzi obyektlər təyin edilə bilmir. Amma vətəndaşlar konkret obyekti şikayət etdikdə lazımi tədbirlər görülür”.

İnsanların hüquqlarını kobud şəkildə pozan sahibkarların bu qanunsuzluğu etdiyi təqdirdə cərimələnəcəyi məlum oldu. Bəs bu cərimələrin məbləği nədir?

Hüquqşünas Mehman Muradlı Pressklub.az saytına açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə quraşdırılmaması və quraşdırılmış obyektlərdə nağdsız ödənişlərdən imtina edilməsinə görə, mərhələli şəkildə cərimə sistemi tətbiq edilir.

“Vergi qanunvericiliyinə əsasən, ticarət və ictimai iaşə obyektləri nağd alışlar zamanı müştərilərə kassa çeki təqdim etməlidirlər. Belə olmazsa, onları cərimələr gözləyir. Kassa çeki verilməyən ictimai iaşə və ticarət obyektləri barədə istehlakçının vergi xidmətinə məlumat vermək hüququ var”.

Hüquqşünas bildirib ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Düzdür, bu şəxslər aşkarlandıqda məsuliyyətə cəlb olunurlar. Amma təəssüf ki, bəzi insanların məlumatsızlığına görə, onlar məsuliyyətdən boyun qaçırıb, istədikləri qanunsuzluğu edirlər. Amma istehlakçılar bu problemlə rastlaşdıqda lazımi qurumlara şikayətini bildirsə, hüquqlarını qorusa, bu cür qanunsuzluqların qarşısı alınar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi