xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rövşən Xələfov: Azərbaycan xalqı tolerantlığı ilə dünyaya örnək olub

26-09-2023, 12:44 50 dəfə baxılıb

Rövşən Xələfov: Azərbaycan xalqı tolerantlığı ilə dünyaya örnək olub


Bəzi internet saytlarında Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Xələfov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Rövşən Xələfov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Xələfov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Xələfov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Rövşən Xələfov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Xələfov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rövşən Xələfovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rövşən Xələfov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Xələfov - Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19- da Qarabağda həyata keçirdiyi antiterror tədbirləri öz bəhrəsini verdi. Qarabağdakı separatçı rejimin və Ermənistan dövlətinin silahlı dəstələri 24 saat belə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Ordumuz ermənilərin hərbi texnikalarını dəqiq atəşlə sıradan çıxartdı və ermənilər təslim olduqlarını bildirərək ağ bayraq qaldırdı. 20 sentyabr 2023-cü il Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqı tarixi qələbə əldə etdi. Bu qələbə münasibəti ilə əlaqədar xalqa müraciətində Prezident İlham Əliyev Qarabağdakı erməni separatçılara, eləcə də orada yaşayan sadə ermiəsilli Azərbaycan vətəndaşlarına önəmli mesajlar ünvanladı.
Rövşən Xələfov: Azərbaycan xalqı tolerantlığı ilə dünyaya örnək olub


2020-ci il Vətən Müharibəsindəki qələbəmizdən sonra Prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranması, bölgənin rifahı, iqtisadi və siyasi cəhətdən inkişaf etdirilməsi naminə sülh sazışl bağlamağı təklif etdi. Çox təəssüf olsun ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən Qərbdəki bəzi dövlətlər Ermənistandan alət kimi istifadə etdilər. Ermənistanın Baş Naziri Paşinyan Qərbdəki dövlətlərin diktəsi ilə hərəkət etməyə və Qarabağdakı separatçıları dəstəkləməyə başladı.

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin dəstəklədiyi Qarabağdakı separatçı rejimin nümayəndələrinə dəfələrlə xəbərdarlıq etmişdir ki, silahı yerə qoyub tərk-silah olsunlar və Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar. Bundan sonra onlar Azərbaycan qanunlarına uyğun firavan həyat sürə bilərlər. Qarabağdakı cinayətkar xunta isə orada yaşayan sadə erməniləri də qorxu altında saxlamağa başladılar. Antiterror tədbirləri başa çatdıqdan sonra Qarabağdakı sadə ermənilər də bu rejimdən xilas oldular.

Prezident İlham Əliyev Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarına azərbaycanlılarla birlikdə xoşbəxt, firavan yaşamaları üçün fürsət verdi. Tarix boyu azərbaycan və erməni xalqları bir yerdə yaşamışdır. Ermənistandakı separatçılar və millətçilər erməni xalqında azərbaycanlılara qarşı nifrət toxumu səpmişdilər. Azərbaycan dövləti və Azərbaycan xalqı isə öz tolerantlığı ilə dünyaya örnək olub. Azərbaycan çoxmillətli bir dövlətdir və ölkəmizdə yaşayan xalqlar arasında heç vaxt ayrıseçkilik olmamışdır. Azərbaycanda bütün xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayırlar.

Prezident İlham Əliyev çıxışında erməniəsilli sakinlərin də Azərbaycan cəmiyyətinin bir hissəsi olduğunu, onların öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları üçün hər cür şərait yaradılacağını və seçib seçilmək hüququnun da olacağını xüsusi vurğuladı.

Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və ermənilərin reinteqrasiyasınsan sonra Xankəndi və bütün ətraf rayon və kəndlərimizdə də böyük quruculuq və abadlıq işləri aparılacaq. Ümüd edirəm ki, Prezident İlham Əliyevin erməniəsilli Azərbaycan vətəndaşlarına verdiyi bu tarixi fürsəti onlar dəyərləndirəcək və vətəndaşı olduqları Azərbaycan dövlətinin tərəqqisi və inkişafında iştirak edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi