xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Anar Əlizadə: Xilaskar Lider azad və abad torpaqlarımızda - Qayıdışdan quruculuğa

29-09-2023, 09:00 47 dəfə baxılıb

Anar Əlizadə: Xilaskar Lider azad və abad torpaqlarımızda - Qayıdışdan quruculuğa


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Azərbaycanlı iş adamı, Union Grand Energy Şirkətlər Qrupunun sahibi və Baş İcraçı Direktoru, "Baku Business Factory"nin təsisçisi, Socar Trading-nin təsisçisi (digər təsisçilər: SOCAR, Valeri Qolovuşkin) və keçmiş prezidenti Anar Əlizadə barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Anar Əlizadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Anar Əlizadə Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Anar Əlizadə Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Anar Əlizadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Anar Əlizadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Anar Əlizadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Anar Əlizadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Anar Əlizadə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Anar Əlizadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Anar Əlizadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Anar Əlizadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Anar Əlizadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Anar Əlizadə özünü doğruldub. Bizdə hörmətli Anar Əlizadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycanlı iş adamı, Union Grand Energy Şirkətlər Qrupunun sahibi və Baş İcraçı Direktoru, "Baku Business Factory"nin təsisçisi, Socar Trading-nin təsisçisi (digər təsisçilər: SOCAR, Valeri Qolovuşkin) və keçmiş prezidenti Anar Əlizadə - Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı faciələr, soyqırımlar və müharibələrlə dolu səhifələr də yazılmışdır. Çar Rusiyası zamanı ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir.

Azərbaycan dövləti öz torpaqlarının 20 faiz işğala məruz qalmasına baxmayaraq, bu münaqişənin sülh yolu ilə həllində daim maraqlı idi. Məhz onun üçün ATƏT-in Minsk qrupunun münaqişənin həllində mühüm rol oynayacağına ümid edilirdi. Lakin Minsk qrupu 28 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Prezident İlham Əliyev "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər"- deməklə bu qurumun fəaliyyətininin sona çatdığını bəyan etmişdir. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.

Anar Əlizadə: Xilaskar Lider azad və abad torpaqlarımızda - Qayıdışdan quruculuğa


Beləliklə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş hərbi əməliyyatlar Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşdü. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Bu müharibə zamanı bütün millətlərin, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda bir yumruq kimi birləşdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən qorxu mühiti yaratmaq, xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə aldı və müharibə cinayətləri törətdi. Ermənistan ordusunun namərdcəsinə yaşayış məntəqələrimizi ağır artilleriya və raket atəşinə tutması nəticəsində müharibə dövründə 100-ə yaxın mülki şəxs həlak oldu, 400-dən artıq dinc insan isə yaralandı. Müharibə dövründə bir çox hərbçimiz şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi.

Torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edildi. Müzəffər Azərbaycan Ordusunun yazdığı tarix daha güclü Azərbaycan üçün möhkəm bünövrə yaratdı. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Anar Əlizadə: Xilaskar Lider azad və abad torpaqlarımızda - Qayıdışdan quruculuğa

Xalqımız və dövlətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü elan edilib. Eyni zamanda, Bakıda Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi, həmçinin paytaxtın ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. Bütün bunlar şəhidlərimizin ruhuna, şəhidlərin doğmalarına ölkə başçısının ali ehtiramın göstəricisidir. Rəşadətli Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi