xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Namiq Orucov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

18-09-2023, 09:33 161 dəfə baxılıb

Namiq Orucov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır


Bəzi internet saytlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Namiq Orucov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Namiq Orucov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Namiq Orucov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Namiq Orucovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Namiq Orucov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Namiq Orucov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Namiq Orucov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim SNamiq Orucovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Namiq Orucov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Namiq Orucova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Namiq Orucov - Son günlər ABŞ hökumətinin Azərbaycana qarşı göstərdiyi ədalətsiz münasibət təəssüf doğurmaqla yanaşı, cəmiyyətdə həmin dövlətin yürütdüyü məkrli siyasətə nifrət hissini gücləndirmişdir.
Özünü dünyada “demokratik, insan hüquq və azadlıqlarının təminatçısı” kimi göstərən ABŞ unutmamalıdır ki, artıq elə bir dövr yetişmişdir ki, kimin kim olduğu hərkəs tərəfindən açıq-aydın görünür.
Yaxın keçmişə nəzər salanda görürük ki, Amerikanın dünyada yeritdiyi siyasət heç də sülhə, əminamanlığa, sabitliyə xidmət etmir.
ABŞ hər zaman öz maraqlarından çıxış edərək dünyada qarışıqlıq yaratmağa “töhfələr” verən bir ölkə statusunda ad çıxarmışdır. Yaxın keçmişdə Əfqanıstanda, İraqda, Liviyada, Suriyada və bir sıra başqa ölkələrdə baş verən dövlət çevrilişləri əyani sübutdur. Həmin ölkələrdə baş verən iğtişaşların təşkilatçısı ABŞ olmaqla yüz minlərlə insanların ölümünə, şəhərlərin, kəndlərin dağıdılmasına bais olmuşdur. Bunun müqabilində öz maraqlarını güdərək həmin ölkələrin varidatlarını, sərvətlərini ələ keçirərək istismar etməkdədir.
Əfsuslar olsun ki, ABŞ hökuməti müstəqil siyasət yeridən Azərbaycana qarşı da müxtəlif vaxtlarda belə çirkin əməllərə əl atmışdır. Lakin bunların heç biri baş tutmamış, “arzuları” ürəklərində qalmışdır.
Torpaqları 30 il işğal altında qalan Azərbaycana dəstək olmaq əvəzinə bu gün Amerikanın açıq-aşkar təcavüzkar Ermənistanı dəstəkləməsi ölkəmizdə ikrah hissi doğurur. Ədalətdən, demokratiyadan dəm vuran ABŞ erməni işğalçılarının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına mane olmuşdur.
Özlərinin maraq dairəsində olan bir sıra ölkələrin ərazi bütövlüyünü dəstəkləyən ABŞ bir dəfə də olsun Azərbaycanın haqq səsinə səs vermədi. Bölgədə baş verən hadisələrə biganə qaldı, erməni vəhşiliklərinə göz yumdu, Xocalı kimi əsrin faciəsini heç bir şey olmamış kimi qarşıladı. ATƏT-in Minsk Qrupunun həmsədri kimi uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi.
Azərbaycan problemin sülh yolu ilə həlli üçün özündən asılı olan bütün işləri gördü. Lakin bu bir nəticə vermədi, əksinə ermənilər 2020-ci ilin sentyabr ayının 27-də açıq təxribata rəvac verdilər. Belə bir şəraitdə xalqın iradəsi, Azərbaycan rəhbərliyinin qətiyyəti, Müzəffər Ordumuzun şücaəti sayəsində 44 günlük Vətən Müharibəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün Qarabağımızda nəhəng bərpa, quruculuq işləri görülür, minalanmış ərazilərimiz təmizlənir, dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımız yurdlarına qayıdırlar.
Gözləmək olardı ki, özünü “sabitliyin, əminamanlığın, sülhün qarantı" kimi təqdim edən Amerika buna sevinəcək, bölgədə daimi sülhün bərqərar olmasına öz dəstəyini göstərəcək. Təəssüf ki, belə olmadı. ABŞ bu uğurları həzm edə bilmədiyindən bölgədə vəziyyəti gərginləşdirmək üçün dəridən qabıqdan çıxır.
ABŞ-ın nümayəndəsi Konqresdə çıxış edərək 30 il işğal altında qalmış Azərbaycan torpaqları azad edildikdən sonra aşkar olunmuş məzarlıqlardan danışmaq əvəzinə mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmazdı.
Reallıq budur ki, ABŞ-ın regionda məqsədi sabitliyin pozulması, ermənilərin maraqlarına xidmət edən siyasət yürütməkdən ibarətdir.
Amerika açıq-aşkar bugünkü məkrli siyasəti ilə Ermənistanı “ikinci Ukrayna”ya çevirmək istəyir. Bu isə Ermənistanın məhvindən başqa bir şey deyildir.
Ermənilər bilməlidirlər ki, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında maraqlı deyil. Onlar istəyir Qafqazda mövcud olan münaqişəni alovlandırsın. Necə ki, Ukraynada etdi. Ukraynanı qızışdırıb Rusiya ilə müharibəyə başlatdı, Ukraynada xeyli insanlar məhv oldu, şəhərlər və kəndlər dağıdıldı, torpaqlar işğal olundu, ABŞ isə bundan yararlanaraq silah-sursat təchizatı ilə Kiyevi özündən asılı vəziyyətə saldı. İndi də Ukraynanın ərazisinin işğalı ilə barışmağa məcbur etmək istəyir. Necə ki, bir vaxt ABŞ bu oyunları Gürcüstanda həyata keçirdi. Onları Rusiya ilə toqquşdurdu, sonra da Amerika aradan çıxdı. Bax budur ABŞ-ın dövlət siyasətinin mahiyyəti.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi